Səfirlik Ukraynada həlak olan azərbaycanlıların adlarını açıqlayıb - YENİLƏNİB
11:39 27.02.2022
Gündəm
563
Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə davam edən hərbi toqquşmalar zamnı həlak olan azərbaycanlıların adlarını açıqlayıb.
Sherg.az Səfirliyə istinadən xəbər verir ki, Ukrayna ərazisində davam edən hərbi qarşıdurma səbəbindən Odessa vilayətindən Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan Azərbaycanlıların 8 avtomobildən ibarət kolonu 27 fevral 2022-ci il tarixində təxminən 2:00 radələrində tanınmamış “Dnestryanı Respublikası” yaxınlığında Kuçurqan adlanan keçid məntəqəsində naməlum şəxslər tərəfindən odlu silahlardan atəşə tutulmuşdur.
"Atəş nəticəsində Azərbaycan Respublikası vətəndaşları olan 1976-cı il təvəllüdlü İsmayılov Neymət, 1966-cı il təvəllüdlü İsmayılov Rəhim və 1995-ci il təvəllüdlü İsmayılov Qabil həlak olmuşlar.
Həlak olanların qohumlarından əldə edulən məlumata əsasən daha dörd nəfər Azərbaycan Respublikası vətəndaşı yaralanmışdır. Hadisə yerinə Ukrayna polisi gəlmiş, cəsədlər morqa, yaralı vətəndaşlar isə xəstəxanaya aparılmışdır. Yaralananların vəziyyətinin yaxşı olduğu bildirilir.
Həmçinin 27 fevral 2022-ci il tarixində səhər 9:00 radələrində Xarkov şəhərinin mərkəzində sakitçilik şəraitində küçəyə su almaq üçün çıxmış Azərbaycan Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Qoşqar Məmmədov naməlum istiqamətdən gülləyə tuş gələrək, qətlə yetirilmişdir.
Mövcud vəziyyətlə bağl, imkan yaranan ilk fürsətdə mərhumların nəşlərinin Azərbaycana göndərilməsi planlaşdırılır.
Həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyirik.
Ukraynanın müxtəlif ərazilərində təhlükəsizlik vəziyyətinin gərgin olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ukraynadakı səfirliyi tərəfindən öncədən də bildirildiyi kimi, bütün vətəndaşlarımızdan yaşadıqları yerlərdə qalmağı, komendant saatı tələblərinə riayət etməyi, hərbi obyektlərdən və aktiv əməliyyatların getdiyi yerlərdən uzaq durmağı, çox ciddi ehtiyac yaranmadıqca olduqları yeri tərk etməməyi, həmçinin vəziyyətlə bağlı Ukrayna dövlət qurumlarının məlumatlarının, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və səfirliyin internet səhifələrinin izlənməsini xahiş edirik", - məlumatda deyilir.
XXX
13:24
Ukraynada baş verən hadisələr zamanı 4 azərbaycanlı həlak olub.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, baş vermiş ölüm hallarının təfərrüatları araşdırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm
İran ABŞ ilə son sülh planının müzakirəsini davam etdirir
12:08 18.05.2026
Gündəm
Türkiyəli nümayəndə: WUF13 üçün ciddi hazırlıq görülüb
12:05 18.05.2026
Gündəm
Ermənistana builki ixracın dəyəri 10 milyona yaxınlaşdı
11:57 18.05.2026
Gündəm
“Maşın” şou başlayır
11:41 18.05.2026
Şou
Tramp İranla bağlı onlarla görüş keçirdi: Narazıdır...
11:35 18.05.2026
Gündəm
Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəldi
11:25 18.05.2026
Gündəm
KİV: Tramp Ağ Evdə helikopter meydançası tikməyi düşünür
11:21 18.05.2026
Dünya
Yermak azadlığa çıxır: 140 milyon girov ödənildi
10:54 18.05.2026
Dünya
Daha bir itkin-şəhid dəfn ediləcək
10:52 18.05.2026
Cəmiyyət