Sentyabrda Azərbaycan səfirliyi Tehranda işini bərpa edə bilər - Politoloqdan proqnoz
07:44 12.07.2023
Gündəm
394
Siyasi böhran anlaşma mərhələsinə keçəcək
Azərbaycan-İran münasibətləri regional inkişaf və təhlükəsizlik baxımından olduqca önəmlidir. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, Azərbaycan hər zaman İranla münasibətlərin müsbət müstəvidə inkişafında maraqlı olub:
"Son zamanlar iki ölkə arasında münasibətlərdə gərginliklər yarandı, bunun çox ciddi səbəbləri vardı. Lakin İran xarici işlər naziri Hüseyin Əmir Abdullahianın Azərbaycana səfərini, Qoşulmama Hərəkatı nazirlər iclasında iştirakını, bu səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü çox müsbət qiymətləndiririk". Nazir qeyd edib ki, bu görüş əsasında bütün məsələləri və gərginliyə səbəb olan mövzuları da açıq şəkildə müzakirə etmək imkanları oldu: "İran tərəfindən fikir ayrılıqlarının götürülməsi istiqamətində ciddi addımlar atmaq niyyətini görürük. Belə olan təqdirdə Azərbaycan da adekvat, qarşılıqlı addımlar atacaq. Azərbaycan və İran arasında çoxsaylı iqtisadi sahədə layihələr var. Onların bəziləri icra olunur, bəziləri isə müzakirə olunur. Yaxın günlərdə Azərbaycan-İran hökumətlərarası komissiyanın həmsədrlərinin görüşü planlaşdırılır. Həmin görüşdə nəqliyyat, energetika, su resurslarının birgə istifadə edilməsi və bir sıra digər istiqamətlərdə danışıqların aparılması üçün görüş keçiriləcək. Güman edirik ki, həmin görüşün də müsbət nəticələri olacaq”. Xatırladaq ki, iyulun 5-6-da Bakıda Qoşulmama Hərəkatının (QH) Koordinasiya Şurasının Nazirlər Toplantısı keçirilib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Azərbaycana gəlib. Səfər zamanı o, azərbaycanlı həmkarı ilə görüşərək iki ölkə arasında münasibətlərin normallaşdırılmasını müzakirə edib.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, sentyabrda Azərbaycan səfirliyi Tehranda işini bərpa edə bilər. Analitik bildirib ki, İranla və Azərbaycan arasında siyasi böhran anlaşma mərhələsinə keçir:
"Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Bakıda keçirilən konfransda İran xarici işlər naziri H.Abdullahianın səfəri çərçivəsində əlaqələrin normallaşması razılaşdırılıb. Tehran rejimi Azərbaycana qarşı təzyiqlərin müsbət nəticə vermədiyinin fərqinə vardılar. Baş verənlərin məhz İran üçün arzuolunmaz nəticələrə gətirib çıxardığı aydın oldu. Azərbaycanın İranla əlaqələrin normallaşması üçün tələbləri var. Birinci, İran səfirliyə hücumu terror kimi qəbul etməli, obyektiv istintaq aparılmalıdır. İkinci, Azərbaycana qarşı hibrid və informasiya müharibəsinə son qoymalıdır. Üçüncü, ölkəmizdə kəşfiyyat və hərbi təhdidlərə son qoyaraq, "Zəngəzur" dəhlizi ilə bağlı spekulyasiyaya son verməlidir. Görünür, Tehran rejimi bir neçə şərtlərlə razılaşıb. Xüsusilə, "Zəngəzur" dəhlizi ilə bağlı Tehran rejimi ilə müəyyən ortaq məxrəcə gəlinib. Tehran rejimi hesab edirdi ki, Azərbaycana qarşı təhdidləri fonunda geri çəkiləcək. Amma Azərbaycan İranla siyasi və kəşfiyyat müharibəsində qalib çıxdı. Son iki ildə Azərbaycan Ermənistanı hərbi, İranı isə siyasi məğlubiyyətə uğratdı.
Bu prosesdə Azərbaycan qalib tərəfdir. Gələcək proseslərdə Tehran rejimi Azərbaycanla normal münasibətləri saxlamağa məcbur olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə