İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Xatəmül-Ənbiya" Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfüqari ABŞ Prezidenti Donald Trampın ölkənin strateji infrastrukturuna hücumla bağlı hədələrinə cavab verib.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı İranın dövlət teleradio şirkəti yayıb.
İ. Zülfüqari bildirib ki, Donald Tramp İranın körpüləri və elektrik stansiyalarına yönəlik təhdidləri reallaşarsa, Tehran Yaxın Şərqdəki bütün ABŞ və İsrail obyektlərinə dağıdıcı zərbələr endirəcək:
"ABŞ Prezidentinin boş və təkrarlanan hədələrinə cavab olaraq bir daha xəbərdarlıq edirik: bu təhdidlər həyata keçirilərsə, İranın qüdrətli ordusu regiondakı mühüm obyektlər və aktivlərə daha sərt və sarsıdıcı hücumlar edəcək".
SEPAH rəsmisi həmçinin ərəb ölkələrinə müraciət edərək bildirib ki, öz infrastrukturlarına ziyan dəyməsini istəmirlərsə, ABŞ-ni öz ərazilərindən çıxmağa məcbur etməlidirlər:
"Ərazilərində ABŞ hərbi bazaları yerləşən region ölkələri zərərdən qaçmaq istəyirlərsə, amerikalıları mütləq öz ölkələrini tərk etməyə məcbur etməlidirlər".