İranın Ekspertlər Şurasında keçmiş ali rəhbər Əli Xameneinin oğlu Müctəba Xameneinin bu posta seçilməsi ilə bağlı yekdil fikir yoxdur.
Teleqraf xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.
Mənbə bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Müctəba Xameneinin ali rəhbər seçməsi üçün Ekspertlər Şurasına təzyiq göstərir.
“Növbəti ali rəhbərin seçilməsindən məsul olan Ekspertlər Şurasının azı səkkiz üzvü SEPAH-ın Müctəba Xameneinin seçilməsi üçün etdiyi ağır təzyiqə etiraz olaraq, bu gün keçiriləcək təcili iclası boykot edəcək”, - mənbə vurğulayıb.