Separatçılar yeni təxribatlara hazırlaşır: “Qisas" əməliyyatına davam...
14:22 28.06.2023
Gündəm
771
Qarabağda baş vermiş təxribat Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü ərəfəsində bölgədəki qanunsuz hərbi birləşmələr tərəfindən məqsədyönlü şəkilə törədilmiş insidentdir. Şübhə yox ki, məqsəd sülh müqaviləsi istiqamətində Qərbin, daha doğrusu ABŞ-ın dəstəyi ilə aparılan sülh danışıqlarına kölgə salmaqdır. Azərbaycan tərəfi əsgərimizin yaralanmasını cavabsız qoymadı.
Ordumuzun icra etdiyi “Qisas” əməliyyatı nəticəsində qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edildi. Lakin xəbərlər yayılır ki, qanunsuz hərbi birləşmələr tərəfindən yeni təxribatlara hazıqlıqlar gedir. Əlbəttə, belə olarsa, adekvat cavab çox sərt olacaq. Qanunsuz birləşmələrin hərbi infrastrukturu məhv ediləcək. O da bəllidir ki, separatçıları təxribata rusiyalı sülhməramlıların təşfiq edir. Qanunsuz birləşmələr sülhməramlıların nəzarətində fəaliyyət göstərirlər. Həmçinin, bu təxribat ermənipərəst qüvvələrin, Avropa Parlamenti daxilində də bəzi dairələrin maraqlarına cavab verir.
Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Azərbaycan Ordusunun Qarabağda separatçıların təxribatına cavab addımları nəticəsində erməni terrorçular məhv edilib. Analitik vurğulayıb ki, separatçıların Vaşinqtonda üçtərəfli görüşün keçirildiyi vaxt təxribata əl atması “reinteqrasiya mümkün deyil”, “Azərbaycan ermənilərə hücum edir” görüntüsü yaratmağa hesablandığı bəllidir. Bakı isə cavab tədbirləri ilə ümumiyyətlə separatçıların “tərəf” edilməsi məsələsini qəbul etmədiyini, eyni zamanda, ABŞ-ın dəstəklədiyi reinteqrasiyasını pozanların kim olduğunu göstərdi:
"Azərbaycan separatçılara təslim olacaqları təqdirdə amnistiya təklifi irəli sürmüşdü. Bunu Vaşinqton dəstəkləmişdi. Dövlət başçısı İlham Əliyev amnistiya istəyinin beynəlxalq danışıqlarda gündəmə gəldiyini deyirdi. İstisna deyil ki, məsələnin bu cür qoyuluşunu istəyənlərdən biri də ABŞ olub. Vaşinqton danışıqları vaxtı Qarabağda baş verənlər Bakıya imkan verir ki, ABŞ administrasiyasına separatçıların amnistiya istəmədiyini və mümkün antiterror əməliyyatlarının həm də Vaşinqtonun gündəliyinə uyğun olduğunu izah etsin. Bu baxımdan, Qarabağda baş verənlər siyasi müstəvidə də Azərbaycanın xeyrinədir. Erməni terrorçuların Ağdərə və Xocavənddəki mövqelərinə zərbələrin endirilməsi isə hərbi müstəvidə mümkün perspektivi ön plana çıxarır. Qanunsuz erməni silahlı dəstələrinin mövqeləri əsasən bu bölgədədir. Onların çıxarılması öhdəliyi icra edilmirsə, Bakının praktiki addımları xüsusilə bu istiqamətdə ola bilər. Bu istiqamətdə mümkün praktiki addımlar Xocalının nəzarətə götürülməsinin də yolunu aça bilər. Separatçıların reinteqrasiyanın önünü kəsməsi, amnistiyadan imtina etməsi və təxribatları genişləndirməsi Qarabağ məsələsində artıq diplomatların yox, hərbçilərin danışmasını zərurətə çevirir".
Ekspert vurğulayıb ki, separatçılar ordumuzun “Qisas” əməliyyatına görə Vaşinqton danışıqlarının dayandırılması üçün İrəvana müraciət edib:
"Hərbçimizin yaralanması ilə nəticələnən təxribatın məqsədi bu müraciətlə daha da aydın olur. Xankəndində qorxurlar ki, Vaşinqtonda Bakı və İrəvan irəliləyiş əldə edə bilər, təxribat hücumu ilə prosesi pozmağa çalışırlar. Sirr deyil ki, təxribatların idarəedicisi Vaşinqton prosesinin pozulmasında əsas maraqlı tərəf olan Rusiyadır. Ermənistanın da danışıqlardan yayınmaq üçün prosesdən yararlana biləcəyi gözləntisi var. İrəvan qondarma “Bakı-Xankəndi” formatını və “beynəlxalq mexanizm” istəyini əsaslandırmaq üçün baş verənlərdən istifadə etməyə çalışacaq. Paşinyanın Bakının “Qisas” əməliyyatı haqda dedikləri, “beynəlxalq ictimaiyyəti Qarabağdakı erməni əhalisinin “hüquq və təhlükəsizliyini” qorumağa çağırması” da bu ehtimalı artırır. Lakin İrəvanın danışıqlardan yayınması ümidlərin azaldığı sülh prosesinə zərbə olsa da, Moskva ilə birgə Vaşinqtonun təşəbbüsünün pozulmasına hesablanmış addım kimi qəbul olunacaq və bu, Bakının suveren ərazisində əməliyyatları genişləndirmək üçün beynəlxalq dəstəyin artması ilə nəticələnə bilər. Belə bir perspektivdə Rusiyanın proseslərə təsir edə biləcək səviyyədə müdaxilə imkanları da zəif görünür. Separatçıların yeni təxribata hazırlaşdığına dair məlumatlar var. Bu, “Qisas” əməliyyatının davamlı ola biləcəyini deməkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə