
Separatçıların iki məsələdə ciddi qorxusu var - ŞƏRH
12:56 09.07.2023
Gündəm
333
"Ermənistan baş naziri Nikol Paşinyan Rusiya dövlət başçısı V.Putinə zəng edib. Ardınca Xankəndindəki separatçıların “başçısı” qondarma “təhlükəsizlik şurası”nın iclasını keçirib. Orada qeyd olunub ki, İrəvandan Kremlə edilən telefon zəngi Araikin xahişi ilə baş tutub".
Bu barədə "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Ekspert bildirib ki, bundan öncə Araik Putinə “bizi xilas et” motivli məktub yazmışdı:

"Görünür, separatçılar Kremlə çıxış tapmaq üçün Paşinyandan da vasitəçilik etməyini istəyib. Separatçıların iki məsələdə ciddi qorxusu var. Birincisi, Azərbaycanın növbəti əməliyyat keçirməsi ilə bağlıdır. Bakı erməni qoşunların çıxarılmasını, bütün silahlı dəstələrin tərk-silah edilməsini tələb edir. Bu istiqamətdə praktiki addımların atılması gözləntisi böyükdür. İkincisi, təminat məsələsidir: Ermənistanın təxribatından sonra Laçın postundan yüklərin keçirilməsi dayandırılıb və Bakı erməni əhalisinin ehtiyaclarını təmin edə biləcəyi təklifini irəli sürüb. Separatçılar buna imkan vermir, hərçənd, zaman onların əleyhinə işləyir. Putindən əsas istəkləri də Bakının mümkün əməliyyatının qarşısını almaq və Laçın postunun açılmasına nail olmaqdır. Paşinyanın zəngində toxunduğu əsas məsələlər də bunlardır. Lakin Moskvanın Bakının qarşısını almayacağı, yaxud mövcud şərtlərdə buna nail ola bilməyəcəyi aydın görünür. Laçına postun qurulması və sonrakı dövrdə baş verənlər də bunu deməyə əsas verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya