Şeyx Əbdülün evi su içindədir: "Günlərdir yağış başıma yağır, kömək edin"
Məlahət Rzayeva
09:18 25.11.2019
Gündəm
1027
Aktyor və kinorejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyovun mənzili yağış suları altındadır. Şeyx Əbdül Sherg.az-a deyib ki, neçə gündür yağış başına yağır:
"Mən özümə qarşı belə münasibətə artıq yol verə bilmərəm. 3 ailə bir mənzilə sığınmışıq, and olsun Allaha, yağış başımıza yağır. “JEK” müdiri də gəlib, baxır, amma heç bir iş görə bilmir. Çünki biz “zibil”ə düşmüşük. Cənab Prezident 2 dəfə göstəriş verib ki, bu ərazi köçürülsün. Amma iş getmir. Səbəbi də budur ki, ərazi hələ Hacıbala müəllimin (Hacıbala Abutalıbov - red) vaxtında alınıb-satılıb. Bir xanım alıb bu ərazini, amma 10 ildir heç bir tikinti aparmır. Yaxınlıqda gözəl yaşayış binası tikildi, camaat köçürüldü, amma biz qalmışıq ortada.
Xanım da deyir ki, filan qədər pul ödəmişəm ərazinin alınmasına. Ödəmisən, get pulunu Hacıbala müəllimdən istə. Əlində sərəncam var və heç kim də gəlib burda iş apara bilmir. Neçə dəfə sakinlərə sərfəli təkliflər edən şirkətlər gəlib, tikinti aparmaq istəyiblər, bu xanımın hikkəsinə görə işə başlaya bilməyiblər. Bakı merinin də buna gücü çatmır. Daxili İşlər nazirinin qəbuluna getmişəm. Qəbuldakı soruşur, hansı məsələyə görə gəlmisiniz. Dedim, oğul, bu sənlik deyil. Səndən "böyük"lər bu işi bacarmayıb, sən nə edəcəksən, mən nazirlə görüşmək istəyirəm. Deyir, yox, əvvəlcə biz nazirə məruzə etməliyik. Çıxdım gəldim evə. Mən indi cənab Prezidentə, Mehriban xanım Əliyevaya müraciət edirəm. Mənim dərdimə çarə etsinlər. Prezident o gün də dedi ki, “konkret məlumatlarım var, hansı məmurlar mənim tapşırıqlarımı yerinə yetirmir”. Mən də o məmurlardan bəzisinin adını çəkə bilərəm. Artıq ancaq Prezidentdən, Mehriban xanımdam kömək gözləyirəm və xahiş edirəm ki, bizi burdan köçürsünlər. Pul da istəmirəm, bu mənzilin əvəzinə bizə başqa yerdə ev versinlər.75 yaşında ağsaqqal kişiyəm, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Milli kino mükafatı sahibi ailəsi ilə yağışın altında qalıb. Bir ata kimi istəyirəm balalarımın normal mənzil şəraiti olsun. İndi mənə belə münasibət varsa, öləndən sonra hansı münasibət olacaq? Balalarım qalacaqlar küçədə".
Ş.Əbdüldən ona verilmiş yeni mənzildə niyə yaşamadığını da soruşduq:
"Çox sağ olsunlar, mənzil veriblər, amma o mənzil “podmayak”dı. Yəni, quruca 4 divardı. Onu təmir etmək üçün ən azı 1 il vaxt və 50-60 min də pul lazımdı. Ona görə də ora köçə bilmirik. Köhnə mənzildə qalmışıq. Yağış da başımıza yağır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rus ordusu Dobropasovonu işğal etdi
17:42 25.05.2026
Dünya
Köçəryan Azərbaycanla bağlı “vəd” verdi
17:25 25.05.2026
Gündəm
Putin Azərbaycan Prezidentini təbrik edib
17:02 25.05.2026
Gündəm
İran nümayəndə heyəti Qətərdə səfərdədir
16:53 25.05.2026
Gündəm
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
16:51 25.05.2026
Media
Prezident: Mayda Bakıda belə yağışın yağmasını xatırlamıram
16:38 25.05.2026
Gündəm
85 min insan Qarabağa qayıtdı - RƏY
16:31 25.05.2026
Aktual
Gecə boyunca fasiləsiz yatmaq hər zaman “normal” olmayıb
16:18 25.05.2026
Sağlamlıq
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - YENİLƏNİB
16:09 25.05.2026
Gündəm
134 ünvanda heyvan kəsimi və satışı məntəqəsi yaradıldı
15:56 25.05.2026
Sosial
Rusiya ilə alınmasa, alternativ tapacağıq - Mirzoyan
15:38 25.05.2026
Dünya
Simonyan Paşinyanı narkoman adlandırdı
15:36 25.05.2026
Gündəm
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
15:32 25.05.2026
Gündəm
Dünya liderləri İlham Əliyevi təbrik edir
15:21 25.05.2026
Gündəm
CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
15:03 25.05.2026
Gündəm