Sinod Gürcüstanın katolikos-patriarxı vəzifəsinə üç namizəd seçib

Müqəddəs Sinod Gürcüstanın katolikos-patriarxı vəzifəsinə üç namizəd seçib.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Patriarxlığa namizədlər bunlardır: Senaki və Çxorotskinin mitropoliti Şio (Mujiri), Mroveli-Urbenisinin mitropoliti Job (Akiaşvili) və Poti və Xobinin mitropoliti Qriqoli (Berbiçaşvili).

Sinod üzvləri patriarx vəzifəsinə altı namizəd arasından üç namizəd seçiblər. Gizli səsvermə nəticəsində namizədlərin səsləri belə bölüşdürülüb: Şio 20 səs, digər iki namizəd isə hər biri 7 səs.

Yeni patriarx mayın 17-dək geniş kilsə sessiyasında seçilməlidir.

Xatırladaq ki, bütün gürcülərin katolikos-patriarxı II İlya martın 17-də vəfat edib.