SON DƏQİQƏ: İranla razılaşma olsa, neftin qiymətləri kəskin enəcək - Tramp

ABŞ-İsrail-İran müharibəsinin 24-cü günündə qarşılıqlı hücumlar davam edir.

Sherg.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trump bildirib ki, İranla razılaşma əldə olunarsa, neft qiymətləri kəskin enəcək.

Trump, İranla aparılan danışıqları “mükəmməl keçib” şəklində qiymətləndirib və 15 əsas maddədə razılığa gəldiklərini vurğulayıb. Onun sözlərinə görə, razılaşma imzalanarsa, bu münaqişənin sona çatması mümkündür.

Eyni zamanda ABŞ nümayəndələrinin İran parlamentinin sədri Məhəmməd Qalibafla danışıqlar apardığı, Avropa Birliyinin isə Trampın İranın enerji obyektlərinə hücumları 5 gün təxirə salma təlimatını müsbət addım kimi qiymətləndirdiyi bildirilib.

Raket atışmaları və digər hərbi hərəkətlər canlı olaraq izlənir.