
Şoyqunun Şimali Koreyaya səfəri təsadüfi deyil - Həşim Səhrablı
Yusif Nəzərli
13:45 25.07.2023
Gündəm
481
"Hazırda dünyada qlobal dəyişmə prosesi gedir və bu sadəcə demokratik, iqtisadi yeniliklərlə bağlı deyil".
Bunu "Sherg.az"a açıqlamasında hərbi-siyasi ekspert Həşim Səhrablı Şoyqunun Şimali Koreya səfərindən danışarkən deyib.
O bildirib ki, biz günümüzdə hərbi, siyasi və hətta sərhəd dəyişikliklərinin də şahidi oluruq:
"Ümumiyyətlə desək, tək qütblü dünyadan çox qütblüyə keçid prosesi başlayıb. Bu aktual məsələlərdən biridir. Elə Rusiya tərəfi də müxtəlif rəsmilərin dilində bunu qabardıb. İndi xüsusilə Rusiyanın Ukraynadakı müharibəsi fonunda planlarının uğursuzluqla nəticələnməsi və savaşın uzanmasından yola çıxaraq deyə bilərik ki, Şoyqu Şimali Koreyaya heç də təsadüfi səfər etmir. Belə bir vəziyyətdə onun Şimali Koreyaya səfəri sadəcə bir məqsədə hesablanmış ola bilər. Biz bilirik ki, Qərb dövlətləri hər nə qədər zəifləsə də, yaxud Hindistan və Braziliya nə qədər güclənsə də, hazırda dünyada söz sahibi qüvvələr Qərbdir".

Ekspertin sözlərinə görə, Rusiya fərqindədir ki, Braziliya, Hindistan və Çindən açıq şəkildə dəstək almak mümkün olmayacaq:
"Amma Şimali Koreya tək qütblü dünya formalaşan dövrdən diktatura rejimini qoruyub saxlayan və Qərbə qarşı adekvat cavab verməyi bacaran ölkə kimi tanıdıb. İndi Kremlə özünün hərbi ehtiyaclarının qarşılanmasında və daha ciddi dəstək ola biləcək ölkələr siyahısında məhz Şimali Koreya var. Şoyqunun səfərində də bu məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Eyni zamanda biz bilirik ki, ABŞ Yaponiya və Cənubi Koreya ilə olan ittifaq əlaqələrindən dolayı, Çin və Rusiyaya qarşı Sakit okean sahillərində də addımlar atır. Bunu hərbi təlimlər fonunda da görürük".
Qeyd edək ki, Rusiya müdafiə naziri Sergey Şoyqunun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 25-27-də Şimali Koreyada səfərdə olacaq.
Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinə istinadən yayıb.
Qeyd olunur ki, rusiyalı nümayəndə heyəti Koreya Müharibəsinin (1950-1953-cü illərdə Koreyanın Şimalı və Cənubu arasında gedən vətəndaş müharibəsi) 70-ci ildönümünün qeyd edildiyi mərasimdə iştirak edəcək.
Həmçinin Rusiya müdafiə naziri ilə Koreya Xalq Demokratik Respublikası lideri Kim Çen In arasında görüşün baş tutacağı bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya