"Sülh sazişini imzalanması ya Vaşinqtonda, ya da Brüsseldə baş verməlidir" - Politoloq
07:07 27.06.2023
Gündəm
350
"Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə üçlü görüşmək keçirmək üçün Vaşinqtona səfər ediblər. Vaşinqtonda nazirlər arasında may ayında müzakirələr 4 günə yaxın çəkmişdi. Bu dəfə də müzakirələrin bir neçə gün çəkəcəyini proqnozlaşdırmaq olar".
Sherg.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu XİN başçılarının Vaşinqton görüşünü şərh edərkən deyib. Politoloqun sözlərinə görə, Ceyhun Bayramov bir neçə gün əvvəl sülh sazişinin ilin sonundan daha tez imzalanması mümkünlüyünü bildirib. Oxşar optimist açıqlama İrəvandan gəlib. Ermənistan parlamentinin sədri Alen Simonyan brifinqdə deyib ki, Vaşinqton danışıqlarından irəliləyiş gözləmək olar. Simonyan təmasların intensivliyinə diqqət çəkərək hər iki tərəfin təkliflərinin və müzakirələrinin nəticə verdiyini vurğulayıb:
"Danışıqlarda irəliləyiş əldə olunacaqsa və tərəflər sülh sazişini imzalamağa yaxınlaşacaqlarsa, bu ya Vaşinqtonda, ya da Brüsseldə baş verməlidir. Nə qədər ki, Kremlin başı qarışıqdır tərəflər gərək ABŞ və Avropa İttifaqının vasitəçiliyindən maksimum yararlansınlar. Bu həm Azərbaycanın, həm də Ermənistanın xeyrinədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə