“Sülh üçün bomba” : ABŞ masasında müharibə ehtimalı yenidən müzakirə olunur

ABŞ Prezidenti Donald Trampın masasında İranla bağlı hərbi variantlar yenidən gündəmə gəlib.

Sherg.az xəbər verir ki, Vaşinqtonda keçiriləcək brifinqdə yüksək rütbəli hərbçilər İranı danışıqlara məcbur edə biləcək mümkün hərbi ssenariləri təqdim edəcəklər.

Məlumata görə, planlar arasında İranın hərbi və enerji infrastrukturuna qısa, lakin intensiv zərbələr endirilməsi və Hörmüz boğazında nəzarət ssenariləri də var. Bu addımların məqsədi İranı diplomatik masaya qaytarmaq kimi izah edilir.

Lakin ekspertlər belə əməliyyatların regionda daha geniş müharibə riskini artıra biləcəyi barədə xəbərdarlıq edirlər. Eyni zamanda, Hörmüz boğazındakı gərginlik qlobal neft qiymətlərini yüksəldərək enerji bazarlarında ciddi təzyiq yaradır.