Tanınmış media təmsilçiləri mətbuatın hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüblər
Yusif Nəzərli
09:12 22.07.2023
Gündəm
309
Azərbaycanın bir sıra tanınmış media təmsilçiləri ölkə mətbuatının keçdiyi tarixi yol və hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüblər.
“Report”un məlumatına görə, Əməkdar jurnalist Qulu Məhərrəmli “AZƏRTAC”a bildirib ki, hazırda qəzetlər 50 il, hətta 20 il bundan əvvəlki funksiyanı yerinə yetirə bilmirlər.
Onun sözlərinə görə, qəzet bu gün operativlik iddiasını geri götürür, daha çox analitik yazılar yayır: “Nə vaxt, harada, nə zaman sualının cavabını onlayn media, niyə və necə sualı isə qəzetin öhdəsində qalır”.
ASAN radionun rəhbəri Emin Musəvi deyib ki, rəqəmsal media çox inkişaf edib, amma radio olduqca aktual mediadır və aktuallığını qoruyub saxlayır: “44 günlük Vətən müharibəsi dövründə internetə məhdudiyyət qoyulanda belə radio əlçatan idi”.
İTV-nin Xəbərlər departamentinin direktor müavini Natiq Abdullayev qeyd edib ki, hər bir media qurumunun əsas missiyası maarifləndirmək, məlumatlandırmaq, bəzən də müəyyən informasiyaları təhlil formasında tamaşaçıya çatdırmaqdır: “Təbii ki, televiziyanın öz qayda və tələbi var, bu da daha çox görüntüyə üstünlük verməkdir”.
“Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev vurğulayıb ki, informasiya agentlikləri hələ ilk yaranan gündən ilkin informasiyanın mənbəyi sayılıb. O bildirib ki, dünya təcrübəsi də bunu təsdiqləyir: “Odur ki, ilk məlumatı da cəmiyyətə məhz biz ötürürük. Bizim məlumat əsasında digər KİV-lər informasiyaları emal edib hansısa əlavələrlə cəmiyyətə çatdırırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm