Tbilisidə azərbaycanlı hərbi xadim haqqında film nümayiş olunub - FOTO
15:01 11.10.2025
Gündəm
446
Tbilisidə Gürcüstan əsilli görkəmli azərbaycanlı hərbi xadim Vəli bəy Yadigarovun (1898-1971) həyatından bəhs edən “Polkovnik” adlı sənədli film (2015) nümayiş olunub.
APA-nın yerli bürosu xəbər verir ki, tədbir Vaxtanq Salaridze adına konsert zalında Azərbaycanın Gürcüstandakı səfirliyi, SOCAR-ın Gürcüstandakı nümayəndəliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, sənədli filmin ideya müəllifi, tanınmış ictimai-siyasi xadim Həsən Həsənov, ekran əsərinin rejissoru Tahir Əliyev, Gürcüstan parlamentinin üzvü Savalan Mirzəyev, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Faiq Nəbiyev də iştirak edib.
F.Quliyev deyib ki, "Polkovnik" filmi yalnız bir həbçinin həyatını əks etdirən ekran əsəri deyil, Azərbaycanla Gürcüstan arasında ortaq tarixdən də bəhs edir, milli yaddaşımıza, qəhrəman keçmişimizə ehtiramın göstəricisidir.
H.Həsənov çıxışında Vəli bəyin Gürcüstan, Azərbaycan və Polşanı əhatə edən şərəfli döyüş yolundan ətraflı söz açıb, filmin onun Polşada səfir olduğu dönəmdə lentə alındığını vurğulayıb.
O, Vəli bəyin əslən Gürcüstanın Təkəli kəndindən olduğunu və gənc ikən Azərbaycana gedərək ilk respublikanın ordusuna qoşulduğunu diqqətə çatdırıb:
“O, bolşeviklərə məğlubiyyətdən sonra Gürcüstana dönüb və bir müddət burada yaşayıb. Gürcüstanda da sovet rejimi qurulanda mühacirət etməyə məcbur olub. Polşada uzun illər yaşayıb və polkovnik rütbəsinə qədər xidmət göstərib. Polşa Milli Ordusunun Kavaleriya Məktəbinin müdiri olub. Polşada mürəkkəb hərbi-siyasi vəziyyət yarananda o, Polşada qala bilmir və Argentinaya köçür. Yadigarov bəy nəslindən olsa da, dəniz limanında yük daşıyan işləməyə məcbur olur. Qızına azərbaycanlı adı verir. Onunla görüşmüşdüm, azərbaycanlı olması ilə fəxr etdiyini demişdi. Azərbaycanda heç vaxt olmasa da, atası onu Azərbaycana sevgi ruhunda tərbiyə etmişdi. Bolşeviklər Polşadan gedəndən sonra qızı ata-anasının qalıqlarını Argentinadakı məzarlıqdan çıxarıb çemodana yığıb İspaniyaya, daha sonra Varşavaya aparmışdı. Vəli bəyin qalıqlarını Polşada yüksək səviyyədə, general protokoluna uyğun olaraq qarşılamışdılar. O, müsəlman qəbirstanlığında dəfn olunmasını vəsiyyət emişdi. Baxmayaraq ki, həyat yoldaşı xristian idi, o da müsəlman qəbirstanlığında torpağa tapşırılıb”.
O əlavə edib ki, 2017-ci ildə Varşavanın mərkəzi parklarının birində Vəli bəy Yadigarovun və general-leytenant Süleyman bəy Sulkeviçin büstləri açılıb.
Daha sonra çıxış edən T.Əliyev deyib ki, ekran əsəri filmoqrafiyasında xüsusi yer tutur.
Sənədli filmi izləyənlər arasında Gürcüstanın azərbaycanlı icmasının nümayəndələri, ziyalılar, gənclər və tələbələr olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
“Yaprak Dökümü”nün “Aslı”sı illər sonra
05:35 29.10.2026
Şou
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya