“Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu
16:59 18.03.2024
Gündəm
334
Ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili”nin elan olunması və COP29 kimi mötəbər tədbirin keçirilməsi çərçivəsində “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub.
AZƏRTAC xəbər verir ki, ictimai şəxslərin, bloger, influenser və media nümayəndələrinin iştirak etdiyi məlumat turunda “Təmiz Şəhər” ASC-nin fəaliyyəti, Bakı şəhərində bərk məişət tullantılarının idarə edilməsi və təkrar emal prosesi ilə bağlı ətraflı məlumat verilib.
Bildirilib ki, 2017-ci ildə ölkə başçısının iştirakı ilə açılışı olan Balaxanı Sənaye Parkı təkrar emal sahəsini inkişaf etdirmək məqsədilə yaradılıb. Müasir texnoloji yeniliklər tətbiq edilməklə dayanıqlı inkişaf prinsiplərinə və ətraf mühitin mühafizəsi standartlarına uyğun fəaliyyət göstərən Balaxanı Sənaye Parkı tullantıların təkrar emalı ilə məşğul olmaq istəyənlər üçün əlverişli məkandır. Dövlət tərəfindən burada fəaliyyət göstərən rezidentlər 10 il müddətinə mənfəət, torpaq, əmlak, əlavə dəyər vergisindən və istehsal məqsədilə idxal edilən texnoloji avadanlıqlar idxal rüsumundan azad olunur.
Sahibkarlar tərəfindən istehsal sahəsinə ümumilikdə 52 milyon manat investisiya qoyulub. Sənaye Parkının fəaliyyəti dövründə 229 milyon manat dəyərində istehsal edilən məhsulun 23 milyon manat həcmində olan hissəsi xarici ölkələrə ixrac edilib. 25 rezidentin qeydiyyatdan keçdiyi Balaxanı Sənaye Parkında 1126 yeni iş yeri yaradılıb.
Tur çərçivəsində qonaqlar Bakı bərk məişət tullantılarının yandırılması zavodunda da olublar. Məlumat verilib ki, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən açılışı olan zavod dördüncü nəsil (4G) texnologiyaların tətbiqi ilə qurulub və ətraf mühitin mühafizəsi sahəsində normativlərə tam cavab verir. İllik gücü 500 min ton olan zavodda tullantıların yandırılması nəticəsində il ərzində 200 mln kvt/saata qədər elektrik enerjisi əldə olunur. Bu isə 100 min ev təsərrüfatını elektrik enerjisi ilə tam təmin etməyə imkan verir.
Sonda tur iştirakçılarına “Təmiz Şəhər” ASC-nin fəaliyyətini əks etdirən broşürlər paylanılıb, onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və Bakıda keçiriləcək COP29 öncəsi ictimai şəxslərin, bloger, influenser və media nümayəndələrinin ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmə işinə dəstək vermələrinin zəruri olduğu ifadə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Termoslar kor edir? - Xəbərdarlıq
06:54 05.05.2026
Sağlamlıq
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil