“Tərtər soyqırımı”! –Yeni detallar: “Əmr verənlər tutulmalıdırlar” - Rusiyanın “əl izi”!
Yusif Nəzərli
12:48 20.04.2022
Gündəm
976
Kamil Musəvi: “Əmr verən kimsə olub, onu tapmaq lazımdır. Niyə əmr verdiyini bilməliyik”
“Əsl səbəbkarlar tapılanda bu işə son qoyulacaq. Hesab edirəm ki, başımıza nə gəlibsə, hamısının altında Rusiyanın “əli” var”
“Tərtər işi” ilə bağlı cinayət işinin istintaqı zamanı üzə çıxan yeni detallarla əlaqədar həbs olunanlar arasında ən yüksək rütbəli şəxs Niftəliyev Rəşid Ağaşərif oğludur. Məlumata görə, rütbəsi polkovnik-leytenant olan Rəşid Niftəliyev N saylı hərbi hissənin komandiri olub. O, daha öncə Qərargah rəisi vəzifəsində də çalışıb.
R.Niftəliyev 2019-cu ildə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
Bundan əlavə, Baş Prokurorluğun yaydığı rəsmi məlumata görə, R.Niftəliyevin də istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşmasına əsaslı şübhələr müəyyən edilib. O, Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Mövcud proseslə bağlı “Sherg.aza açıqlama verən Qarabağ qazisi Kamil Musəvi bu işin əsl səbəbkarlarının tapılmasının vacibliyindən bəhs edib:
"Tərtər işi" ilə bağlı istintaqın yenidən başladılması müsbət addımdır. Xalqa qaranlıq qalan, insanların övladlarının haqsız yerə öldürüldüyünü əks etdirən müəmmalı bir mövzudur. Həbs edilənlərin kimliyi haqqında məlumat oxudum. Yoldaşların hər biri hadisə zamanı işgəncə verən tərəf kimi müəyyən ediliblər. Əvvəlcə hərbçi kimi analiz etdim ki, onların içərisində tanıdıqlarım da var. Hərəsi bir yerdə xidmət edir. Məsələn, 1-ci Ordu Korpusunda fəaliyyət göstəriblər. Amma fərqli briqadalarda yerləşirdilər. Bu briqadalardan Mingəçevirə gəlib öz başlarına işgəncə veriblər? Əmr verən kimsə olub, onu tapmaq lazımdır. Niyə əmr verdiyini bilməliyik. Həmin dönəmdə ümumi proses formasında şişirtdilər ki, ordumuzda düşmənə xidmət göstərən casuslar var. Təbii ki, bunu da araşdıran hər hansı hərbçi deyil. Dövlət Təhlükəsizliyi Xidməti bu səlahiyyəti daşıyır. "Tərtər hadisələri" zamanı bu qurum açıqlama verdi ki, casuslar var”.
Qarabağ qazisi vurğulayıb ki, hərbçilərin əmrə tabe olaraq kimisə döyməsi normaldır:
“İnanıram ki, hansı Azərbaycan oğlunun qarşısına kimisə erməninin xeyrinə işlədiyini deyərək çıxartsaydılar, onu döyər, söyər və ya işgəncə verərdilər. Çünki hərbçilərin çoxu vətənpərvərdir, xəyanəti bağışlamırlar. Kim olsaydı, bu addımı atardı. Amma onlara bu komandanı kim verib, o tapılmalıdır. İstintaqa cəlb edilənlərin vəzifəsi maxe, gizir və s. olub.
Onlar əmrə riayət ediblər. Təbii ki, hərbçilər də həmin an bunu araşdıra bilməzlər. Ölkə səviyyəsində bu proses yüksək səviyyədə işləyir. Təsdiq etdilər ki, ordu daxilində düşmənə xidmət edənlər var. Bəraət alanlar oldu, günahsız yerə öldürüldüyü sübut edilənlər oldu. Deməli, həmin hadisə xəyanət yönümlüdür.
Əsl səbəbkarlar tapılanda bu işə son qoyulacaq. Hesab edirəm ki, başımıza nə gəlibsə, hamısının altında Rusiyanın “əli” var. Bu hadisəni də kiçik soyqırım kimi qəbul etmək olar. Araşdırılsa, "Rusiya amili” özünü büruzə verər”.
Oxşar xəbərlər
SEPAH: ABŞ-ın Bəhreyndəki helikopter bazasındakı radara PUA zərbəsi endirilib - YENİLƏNİB
12:23 15.11.2026
Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisinə PUA zərbəsi endirilib
10:24 15.11.2026
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq