“Təxribatlar bilavasitə Rusiyanın işidir”
Fidan Həmişəyeva
13:27 17.07.2021
Gündəm
762
“Rəsmi Moskvanın yeganə məqsədi odur ki, ortada qan və itkilər olsun”
“Yenə də ATƏT-in Minsk qrupunun həmsədrləri peyda olub mənasız danışıqlar aparmağa başlasınlar”
“Kreml də bundan sonra 5 il yox 15-20 il bölgədə olsun”
Dünəndən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədi boyu mövqelərimiz atəşə tutulub Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bu gün saat 08:30-da isə Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərinə müxtəlif çaplı silahlardan atəşə açılıb. Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Baş verənlərlə bağlı “Sherg.az”a danışan hərbi ekspert Üzeyir Cəfərov vurğulayıb ki, təxribatlar bilavasitə Rusiyanın işidir:
“Ermənistanın adını çəkirik, amma birbaşa məsuliyyəti Rusiya Federasiyası və sülhməramlıları daşıyır. Çünki Rusiya 2020-ci il 10 noyabr sazişinin müddəalarına əməl etmir, onların birinci işi qeyri-qanuni silahlı birləşmələrin tərkisilah edilməsi idi. Ancaq bu haqda düşünmürlər və bölgədə vəziyyətin gərginləşməsinin marağındadırlar. Bu gün Rusiya öz əlaltıları vasitəsilə məkrli planlarını irəli sürür. İstəyirlər ki, Gümrüdəki ikinci bazadan da çox şəxsi heyət toplasınlar. Nə etməli olduğumuzun ən yaxşı cavabını cənab Prezident bilir. Vətəndaşlarımızı və əsgərlərimizi təhlükə altına ata bilmərik. Amma görünən odur ki, Rusiya hansısa addım atmaq istəmir”.
Ü.Cəfərov qeyd edib ki, rəsmi Moskvanın yeganə məqsədi odur ki, ortada qan və itkilər olsun, yenə də ATƏT-in Minsk qrupunun həmsədrləri peyda olub mənasız danışıqlar aparmağa başlasınlar:
“Kreml də bundan sonra 5 il yox 15-20 il bölgədə olsun. Belə gedişlə Azərbaycan vətəndaşları və rəhbərliyi qarşısında kəskin məsələ qaldıracaqlar. Yəni Rusiya sülhməramlıları bölgədən rədd olub getsinlər. Mən də bir azərbaycanlı vətəndaş olaraq səsləndirirəm ki, rusların qanında hər cür yaramazlıqlar var. Onlar bunu dəfələrlə sübut ediblər.
Ya ağıllarını başlarına yığmalı və işlə məşğul olmalı, ya da Azərbaycan bu məsələni kəskin şəkildə ortaya qoymalıdır ki, bizə belə “sülhməramlı” lazım deyil.
Azərbaycan BMT qətnamələrinin tələblərindən irəli gələn məsələləri sona qədər yerinə yetirəcək. Biz prinsip etibarilə bu məsələni həll etmişik, yalnız texniki məsələlər qalıb. Ermənilərin nazı ilə oynaya bilmərik. Ermənilər hələ o gücdə deyillər ki, bizimlə baş-başa gəlsinlər. Onları qızışdıranlar var.
Bunlar da Rusiya və Fransadır. Çünki Paşinyan ötən həftələrdə Moskvaya gedib Putinlə görüşündə ondan müəyyən təlimatlar aldı. Xalqımızın səbri sonsuz deyil. Baş verənlər bilavasitə Rusiyanın təxribatıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm