“Təxribatlar Moskvada hazırlanır”
Fidan Həmişəyeva
12:03 09.07.2021
Gündəm
681
“Bundan ehtiyat etməliyik”
“Ola bilsin ki, erməni birləşmələri rus sülhməramlılarının əli ilə ərazimizdə təxribat törətsin, hərbçilərimiz yaralansın və şəhid olsun”
Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra belə güman edilirdi ki, rəsmi İrəvan təxribatçı mövqeyindən əl çəkib, daha loyal yanaşma sərgiləyəcək. Lakin bunun tamamilə əksinə şahid oluruq. İyulun 6-da Ağdamın Əliağalı kəndində, iyulun 7-də isə Tovuzun Qaralar kəndi istiqamətində yerləşən mövqelərimiz erməni silahlı birləşmələri tərəfindən atəşə tutuldu.
Ermənistanın razılaşmalara sadiq qalaraq atəşkəsə əməl etməməsi əslində bizim üçün təəccüblü hal deyil deyil. Əsas məsələ atəşkəsin pozulması və ölkəmizə qarşı növbəti təxribatlarda Rusiya “əlinin” olmasıdır. Görünür, rəsmi Moskva hər zamankı kimi köləsi olan Ermənistandan istifadə edərək, Azərbaycana qarşı ərazi iddialarını irəli sürür.
Atəşkəsin pozulmasına dair fikirlərini “Sherg.az”la bölüşən siyasi elmlər doktoru, professor, politoloq Cümşüd Nuriyev söyləyib ki, cəmiyyətimizin törədilən təxribatları ağrılı qarşılaması normaldır:
“Məlumdur ki, ölkəmiz 300 ilə yaxın müddətdə Rusiya imperiyasının mütəmləkəsi altında olub. 30 il ərzində bu müstəmləkədən qurtulmağa çalışsaq da, Rusiya hələ də siyasi cəhətdən “daş armud” olub boğazımıza tıxanıb. Ermənistan saytları yenidən təbliğata başlayıblar. Hələ 1989-cu ildə yaranmış silahlı dəstə Azərbaycan ərazisində təlimlərə başlayıb. Bu da təsadüfi deyil. Açıq şəkildə elan edirlər ki, guya Ermənistan və keçmiş qondarma rejimdə olan erməni gəncləri təlimlərə cəlb olunublar”.
Politoloq qeyd edib ki, istər Tovuzda, istərsə Ağdamda atəşkəsin pozulması birmənalı olaraq Moskvada hazırlanmış təxribatdır:
“Bundan ehtiyat etməliyik. Ola bilsin ki, erməni birləşmələri rus sülhməramlılarının əli ilə ərazimizdə təxribat törətsin, hərbçilərimiz yaralansın və şəhid olsun. Lakin Rusiya bir məqamda yanılır.
Əvvəla, Azərbaycan əvvəlki Azərbaycan deyil. İkincisi, Türkiyə yanımızdadır, hələ Pakistan da var. Üçüncüsü, Rusiyanın atdığı addımlar onu göstərir ki, artıq dağılmaq ərəfəsindədirlər.
Ölkə daxilində çox ciddi problemlər var. Rusiya tarixən müharibələr yolu ilə bu problemlərə olan diqqəti yayındırıb. İndi də Cənubi Qafqazda müharibəni alovlandırmağa çalışır.
İnanıram ki, buna yol verməyəcəyik. Uzaqgörən siyasətçi olan Prezident İlham Əliyev bu təxribatları da böyük ustalıqla aradan qaldıracaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm