"The Economist" açıqladı: 2 milyardlıq müsəlman dünyasının ən populyar lideri

"The Economist"in sorğusuna görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yalnız Türkiyədə deyil, bütün müsəlman dünyasında geniş populyarlığa malikdir. Analiz göstərir ki, Ərdoğan, Suriyadan 3 milyondan çox qaçqını qəbul etməsi və beynəlxalq siyasətdə müsəlmanların həssas məsələlərini müdafiə etməsi ilə diqqəti öz üzərinə çəkir.

Sherg.az xəbər verir ki, Suriya Prezidenti Əhməd Şara da sünni dünyasında populyar olsa da, Ərdoğanın regional və qlobal təsiri daha güclüdür.

Gənc lider Məhəmməd bin Salman isə Səudiyyə Ərəbistanında sürətli dəyişiklikləri həyata keçirərək, dini məhdudiyyətləri yumşaltmaq və sekulyar tədbirləri təşviq etməklə tanınır.

Arab Barometer və digər sorğular göstərir ki, Ərdoğan uzun müddətdir Orta Şərqin ən populyar lideridir və həm Afrika, həm Orta Asiya, həm də Avropadakı müsəlman icmaları tərəfindən dəstəklənir.