Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın Astana şəhərində keçirilən görüşlərdə “Orta Dəhliz”in strateji əhəmiyyətinin getdikcə daha çox qəbul edildiyini bildirib.
Sherg.az xəbər verir ki, Kasım-Jomart Tokayev ilə keçirilən görüşdən sonra açıqlama verən Ərdoğan Türkiyə-Qazaxıstan əməkdaşlığının yeni layihələrlə daha da genişlənəcəyini deyib.
O, ticarət, enerji və nəqliyyat sahələrində əlaqələrin inkişaf etdiyini vurğulayaraq, “yeni iş birliklərinə şahid olacağıq” ifadəsini işlədib.
Səfər çərçivəsində iki ölkə arasında 13 razılaşma imzalanıb. Tokayev həmçinin Ərdoğanı “Hoca Əhməd Yəsəvi Nişanı” ilə təltif edib.