“Tovuz hadisələri bardağı daşıran son damla oldu”
Fidan Həmişəyeva
12:51 12.07.2021
Gündəm
678
“Cəbhə bölgəsində olan hadisələr, əsgərlərimizin şəhid olması, qəhrəmancasına döyüşməsi 44 günlük müharibəyə gətirib çıxardı”
Bu gün Tovuz döyüşlərindən 1 il ötür. 2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədi ilə atəşkəs rejimini kobud şəkildə pozaraq gərginliyi artırmaq məqsədilə növbəti hərbi təxribat törətmişdilər. Bir neçə gün davam edən döyüşlər zamanı hücum cəhdinin qarşısı alınıb, düşmənə sarsıdıcı zərbələri endirilib.
Ordumuzun gördüyü cavab tədbirləri nəticəsində böyük itki verən düşmən geri çəkilməyə məcbur edilib. Ordumuz düşmənin 100-ə qədər canlı qüvvəsini, çoxlu sayda hərbi texnikasını və mühüm obyektlərini məhv edib.
Döyüşlər zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq hərbi xidmət qulluqçuları - əsgər Elçin Mustafazadə, çavuş Vüqar Sadıqov, əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov düşmənlə döyüşlərdə qəhrəmancasına şəhid olub.
Hər kəsə məlumdur ki, Ermənistanın hərbi təxribatları Azərbaycanın şanlı qələbəsi ilə bitən 44 günlük müharibəyə gətirdi. Məhz Tovuz hadisələrinin yaşanması ilə bütün cəmiyyətimiz ayağa qalxdı, sanki bir oyanış baş verdi və 44 günlük müharibədəki qələbəmizə zəmin yarandı.
Sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov “Sherg.az”a söyləyib ki, Tovuz hadisələri bizim üçün çox vacib və şanlı səhifədir:
“Sanki Tovuz hadisələri bardağı daşıran son damla oldu. Cəbhə bölgəsində olan hadisələr, əsgərlərimizin şəhid olması, qəhrəmancasına döyüşməsi 44 günlük müharibəyə gətirib çıxardı. Hələ Birinci Qarabağ müharibəsindən sonra atəşkəs dövründə çoxsaylı şəhidlər vermişdik. Ermənistan daim atəşkəsi pozurdu. Azərbaycan xalqı Tovuz hadisələri başlayandan sonra keçənilki qələbə üçün böyük zəhmətlər göstərdi. İnanırıq ki, indi bütün şəhidlərimizin ruhları şaddır. Çünki qazandığımız qələbələri görüb sevinirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm