Tramp açıqladı: Rusiya və Ukrayna enerji infrastrukturunu hədəfə almayacaq

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya və Ukrayna enerji obyektlərinə zərbələr endirməmək barədə razılığa gəliblər.

Tramp deyib: “Ukrayna Rusiyanın enerji obyektlərini vurmamağa razılaşıb. Rusiya da eyni şəkildə razılaşıb! Dünyada dizel yanacağının qiymətinin artmasının əsas səbəbi İran deyil, böyük ölçüdə Rusiya-Ukrayna müharibəsidir”.

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında süni intellektin nəzarətdən çıxmaması üçün onun inkişafının ləngidilməsi ilə bağlı çağırışlara da münasibət bildirib.

Tramp yazıb: “Süni intellektin ehtiyac duyduğu yeganə nəzarət mexanizmi və ya təhlükəsizlik sərhədi güclü və ağıllı (yüksək IQ-ya malik) prezidentdir”. Özünü nəzərdə tutaraq əlavə edib: “ABŞ-da isə bu, artıqlaması ilə mövcuddur”.