ABŞ Prezidenti Donald Tramp Ali Məhkəmənin onun tətbiq etdiyi tarifləri qanunsuz hesab edən qərarını “ayıb” adlandırıb. Tramp bildirib ki, bu vəziyyət üçün ehtiyat planı var.
Sherg.az xəbər verir ki, CNN-in məlumatına görə, Ağ Ev bu nəticəyə hazır idi və prezidentə bildirilib ki, “başqa yollar tapılacaq”. İndi administrasiya idxal lisenziyalaşdırma razılaşmalarına məhdudiyyət tətbiq etmək kimi alternativ tədbirləri nəzərdən keçirir.
Ali Məhkəmə qərarını 20 fevral 2026-cı il tarixində açıqlayıb.