Tramp "cəhənnəm qopacaq" kimi ifadələrlə HƏMAS-ı hədələyir - Politoloq
15:11 17.12.2024
Gündəm
475
Halbuki, ABŞ öz addımları ilə artıq oranı cəhənnəmə çevirib
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp deyib ki, HƏMAS girovluqda olan İsrail vətəndaşlarını yanvarın 20-nə kimi azad etməsə, ciddi nəticələri olacaq:
“Mən xəbərdarlıq etdim ki, həmin tarixə qədər girovlar evlərinə qaytarılmasa, cəhənnəm qopacaq”. Bu ifadənin konkret nə demək olduğu ilə bağlı sualı isə Tramp belə cavablandırıb: “Onlar bunun nə demək olduğunu özləri başa düşməlidirlər. Burada xoş bir şey olmayacaq”.
Trampın açıqlamasını "Sherg.az"a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, Tramp "cəhənnəm qopacaq" kimi ifadələrlə HƏMAS-ı hədələyir, halbuki, ABŞ öz addımları ilə artıq oranı cəhənnəmə çevirib:
"Trampın bu bəyanatları, əvvəlki populist çıxışları kimi, konkret bir nəticəyə aparmayacaq. O, əvvəllər Rusiya və Ukrayna arasında sülh yaradacağını deyirdi, amma sonradan başqa istiqamətdə danışmağa başladı. İndi isə İsrail-HƏMAS münaqişəsi ilə bağlı bu tipli hədələrlə vəziyyəti daha da gərginləşdirir. HƏMAS girovluqda olan İsrail vətəndaşlarını yanvarın 20-nə qədər azad edəcəkmi? Bu suala birmənalı cavab vermək çətindir. Əgər girovların azad edilməsi real olaraq mümkün olsaydı, bu proses indiyə qədər tamamlanardı. ABŞ hər zaman İsraili dəstəkləyib və bu dəstək, HƏMAS-ın qərarlarını birbaşa təsir altında saxlayır. Əsirləri azad etmək yalnız güc yolu ilə deyil, həm də danışıqlar və qarşılıqlı razılaşma ilə mümkündür".
Ekspert əlavə edib ki, girovlar azad edilməsi, tərəflər arasında atəşkəsin imzalanması üçün yeni bir fürsət yarada bilər:
"Amma İsrail indiyə qədər nə hərbi gücü ilə tam qələbə qazana bilib, nə də əsirləri azad edə bilib. Eyni zamanda, HƏMAS da öz məqsədlərini tam həyata keçirə bilməyib. Bu vəziyyətdə atəşkəs yalnız qarşılıqlı güzəştlər əsasında mümkündür".
Oxşar xəbərlər
UNECE rəsmisi: Orta Dəhlizin “yaşıl dəhliz” kimi inkişafı Azərbaycan üçün böyük imkandır
14:44 09.09.2026
“Daha çətin olan şimal sərhədindən başlayacağıq” - Nazir delimitasiyanın DETALLARINI AÇIQLADI
13:54 09.09.2026
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm