
Tramp ilk vaxtlar təmkinli olacaq - POLİTOLOQ
Yusif Nəzərli
07:50 18.12.2024
Gündəm
465
Rusiya-Ukrayna müharibəsinin həlli çox çətin bir münaqişə halına gəlib
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp qalib gəldikdən sonra ilk dəfə mətbuat konfransı keçirib. Tramp yanvarın 20-də andiçmə mərasimindən sonra başlayacaq prezidentliyi ilə bağlı planlarını bölüşüb.

Politoloq Turan Rzayevin “Sherg.az”a açıqlamasına görə, konfransda diqqət çəkən məqam Ukraynanın Rusiyaya ərazi güzəştə gedib-getməməli olması ilə bağlı suala verdiyi cavabdır:
“Tramp yalnız Rusiya və Ukrayna prezidentləri ilə görüşdən sonra bu suala cavab verə biləcəyini açıqlayıb. Bununla belə o, “Rusiyanın nəzarətində olan ərazilərdə bir dənə də olsun, bina yoxdur. İnsanlar ora qayıtmayacaq” deyib.
Rusiya-Ukrayna müharibəsi kifayət qədər uzanır və yorucu hal almağa başlayıb. Xüsusilə Aİ daxilində müharibənin gələcəyinə dair ciddi fikir ayrılıqları var. Lakin populyar yanaşma Trampın müharibəni sonlandırması, ya da bu istiqamətdə nə isə etməsidir. Bununla belə, onun hələlik konkret nə edəcəyi bəlli deyil. İstisna deyil ki, Tramp ilk vaxtlar təmkinli olacaq.
ABŞ və Qərbin Rusiya ilə dialoqu kəsməsi yanlış qərar idi. Bu həm Rusiyanın əl-qolunu açdı, həm də daha da aqressiv etdi. Trampın bu yanlışı düzəldib dialoqa başlaması ümidi artıra bilər. Bununla belə, Rusiya-Ukrayna müharibəsi həlli çox çətin bir münaqişə halına gəlib. Tərəfləri uzlaşdırmaq çox çətindir.
Rusiya faktiki olaraq Ukrayna torpaqlarının 20 faizindən çoxunu işğal edib. Bu ərazilərin bəzilərini qaytara bilər, lakin Krımın qaytarılması istisnadır. Bundan başqa, Moskvanın başqa tələbləri də var. Donbass, Luqanska yüksək muxtariyyətin verilməsi, hətta ilhaqı da gündəmdədir. Yəni Kremlin tələbi ərazi güzəşti hesabına sülhdür.
Ukrayna isə çətin ki, bunu qəbul etsin. Təbii ki, Vaşinqton Kiyevi dəstəyi kəsməklə hədələsə, bu, Ukraynanın fikrini müəyyən mənada dəyişə bilər, lakin Vaşinqtonun bu variantla razı olması sual altındadır. Hərçənd Trampın “Rusiyanın nəzarətində olan ərazilərdə bir dənə də olsun, bina yoxdur. İnsanlar ora qayıtmayacaq” sözləri də ərazi güzəşti variantının ağlında olduğu düşüncəsi yaradır”.
Politoloqun sözlərinə görə, ABŞ Ukraynanın Rusiyaya ərazi güzəştə getməsi hesabına sülhə nail ola bilər. Amma bu həm Vaşinqton, həm də beynəlxalq münasibətlər üçün ciddi fəsadlar yaradar:
“Birincisi, ABŞ illərdir Ukraynaya dəstək olur. Milyonlarla dollar vəsait, hərbi texnika sərf edilib. Ukraynanın Rusiyaya ərazi güzəştə getməsi hesabına əldə ediləcək sülh hər şeydən öncə yardımların boşa getməsi deməkdir.
İkincisi, ABŞ Ukrayna müharibəsi ilə Rusiyanı zəiflətmək, prestijinə zərər vurmaq istəyirdi. Bunu böyük ölçüdə bacardı. Amma bu variantda sülh Kreml üçün qələbə deməkdir və qısa zamanda prestijinin bərpası mənasına gəlir. Digər tərəfdən, Rusiya bunu ABŞ və Qərb üzərində qələbə kimi təqdim edə bilər. Kremlin gələcəkdə digər qonşu ölkələrə qarşı işğalçı fəaliyyətə başlama riski də var.
Ukraynanın Rusiyaya ərazi güzəştə getməsi hesabına əldə ediləcək sülh beynəlxalq münasibətlər sisteminə də zərbə vura bilər. Faktiki olaraq bir ölkə işğal yolu ilə digərinin ərazilərini ilhaq etmiş və bunu rəsmi şəkildə tanıtmış olur. Çinin eyni şəkildə Tayvanı, Serbiyanın Kosovanı, İsrailin Fələstini, hətta Azərbaycanın tarixi nöqteyi-nəzərdən Zəngəzuru ilhaq etməyə əsası formalaşar. Yekunda onu deyək ki, Tramp üçün Ukrayna düyününü açmaq “Qordi düyünü”nü açmaqdan çətin olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rumıniya rusiyalı diplomatı ölkədən çıxarır
18:16 27.07.2026
Dünya
Dələduzlar artıq "WhatsApp" üzərindən ov edir - EKSPERT RƏYİ
18:11 27.07.2026
Aktual
Rumıniya Moskvadakı səfirini geri çağırıb
17:48 27.07.2026
Dünya
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya