ABŞ prezidenti Donald Tramp NATO üzvlərinin müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırmaması halında onların alyansın əsas müdafiə mexanizmindən - 5-ci maddədən istifadə hüququnun məhdudlaşdırılmasını nəzərdən keçirir.
Sherg.az xəbər verir ki, məlumata görə, bu təklif həyata keçərsə, tələbləri yerinə yetirməyən ölkələr NATO daxilində mühüm qərarlardan və kollektiv müdafiə imkanlarından kənarda qalacaq.
Tramp daha əvvəl də Avropa ölkələrini alyansa kifayət qədər maliyyə ayırmamaqda tənqid etmiş və müdafiə xərclərinin artırılmasını tələb etmişdi.