Tramp planı “ordunun çəkiləcəyini” deyir, Netanyahu isə “qalacağıq”

ABŞ Prezidenti Donald Trampın elan etdiyi "Qəzza Planı" İsrailin bölgədən çıxmasını nəzərdə tutur. Lakin Baş nazir Netanyahu son açıqlamasında “İsrail ordusu Qəzza zolağında qalacaq” deyərək ziddiyyət yaradıb.

Sherg.az xəbər verir ki, planın şərtlərinə görə, tərəflər razılaşarsa müharibə dərhal dayandırılacaq, İsrail ordusu isə ABŞ və zəmanətçilərin müəyyən etdiyi cədvələ uyğun çıxacaq.

Netanyahu ABŞ səfərini “tarixi” adlandıraraq “Haması biz təcrid etdik” deyib və Fələstin dövlətinin yaradılmasına qəti qarşı olduqlarını vurğulayıb.

Tramp isə “Müsəlman ölkələr Qəzzanı silahsızlaşdırmağa hazırdır, İsrailin geri çəkilməsi üçün vaxt cədvəli qəbul ediləcək” deyə bildirib.