ABŞ prezidenti Donald Tramp İsrail, Livan və Suriyanın Livandakı “Hizbullah” Hərəkatı arasında tam atəşkəsin əldə olunmasını gözlədiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, “Truth Social” platformasında paylaşım edib.
Tramp ABŞ-nin sülhə sadiq olduğunu vurğulayaraq Yaxın Şərqdə bütün tərəfləri aparılan danışıqlara əməl etməyə çağırıb.
“ABŞ sülhə sadiqdir və biz Yaxın Şərqdəki hər kəsi danışıqlarımızın uğurla irəliləməsi üçün öhdəliklərinə əməl etməyə çağırırıq”, – o qeyd edib.
Tramp bildirib ki, Livan, "Hizbullah" və İsrail də daxil olmaqla bütün cəbhələrdə tam atəşkəs gözlənilir.