Trampdan AB ilə bağlı sərt qərar: 25 faizə qaldırır...

ABŞ Avropa Birliyindən (AB) idxal edilən avtomobil və yük maşınları üzrə tariflər növbəti həftə 25 faizə qədər artıracaq.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da hesabında yazıb.

"Bu xəbəri elan etməkdən məmnunam: növbəti həftə AB-dən ABŞ-a idxal edilən avtomobil və yük maşınlarına tətbiq olunan tarifləri artıracam, çünki AB tam razılaşdırılmış ticarət sazişinə əməl etmir. Tariflər 25 faizə qədər artırılacaq", - o qeyd edib.