İran Müdafiə Nazirliyinin sözçüsü Rıza Telayinik ABŞ prezidenti Donald Trumpın İran xalqının tələblərini qəbul etməkdən başqa yolu olmadığını bildirib.
Sherg.az xəbər verir ki, İranın yarırəsmi “Tesnim” agentliyinə danışan Telayinik qeyd edib ki, ABŞ və İsrailin İrana qarşı başladığı müharibədən çıxış yolu yalnız Tehran tərəfinin qanuni hüquqlarının tanınmasından keçir.
O vurğulayıb ki, müharibənin davam etməsi həm ABŞ xalqı, həm də beynəlxalq ictimaiyyət üçün daha böyük zərərlər yaradacaq. İran rəsmisi Tehranın təqdim etdiyi təkliflərin qəbul edilməsinin vacibliyini də qeyd edib.