
Trampın "neft qadağası" planı da baş tutmur - RƏY
08:53 18.10.2025
Gündəm
400
Hindistan Rusiya neftindən imtina etməyə hazırlaşmır
ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini sonlandırmaq üçün müxtəlif dövlətlərin Rusiyadan neft alışını dayandırmasına çalışır. Ağ Ev sahibinin fikrincə, Rusiya neft və qazını sata bilməsə, Kreml Ukraynaya qarşı işğalçı müharibəni dayandırmaq məcburiyyətində qalacaq. Trampın iddiasına görə, Hindistanın Baş naziri Narendra Modi onunla telefon söhbəti zamanı Rusiya neftinin alışını dayandırmağa hazır olduğunu bildirib. Tramp onu da deyib ki, Hindistanın Rusiya neftindən imtinası zaman tələb edir. Buna baxmayaraq, Ağ Ev sahibi Hindistanın Rusiya neftindən tədricən imtina edəcəyinə əmin olduğunu bildirib.

Politoloq Elxan Şahinoğlu Sherg.az-a deyib ki, Dehli Trampın Hindistanın Rusiyadan neft alışını dayandıracağını təsdiq etməyib. Ekspert diqqətə çatdırıb ki, Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval ölkənin enerji siyasətinin hədəflərinin enerji daşıyıcılarının sabit qiymətlərinin və etibarlı təchizatının təmin edilməsindən ibarət olduğunu deyib:
"Bu o deməkdir ki, Hindistan Rusiya neftindən imtina etməyə hazırlaşmır. Rusiya Hindistana nefti dünya qiymətlərindən ucuz satdığına görə, Hindistanın neftayırma zavodları bundan qazanc əldə edirlər. Əgər Hindistan Rusiya neftindən imtina edərsə, körfəz ölkələrindən neft alışını artırmalı olacaq. Tramp Hindistanla yanaşı Çinin də Rusiya neftindən imtinasına çalışır. Ancaq Pekin Vaşinqtonun tələbini yerinə yetirməyəcəyini bəyan edib. Pekin Vaşinqtonun tətbiq etdiyi sanksiyaların əleyhinədir. Maraqlıdır ki, ABŞ-nin strateji müttəfiqi Yaponiya da Rusiyadan neft alır. ABŞ-nin maliyyə naziri Skott Bessent Tokionun Rusiyadan enerji idxalını dayandırmasının zərurətini qeyd edib. O bunu Yaponiyanın maliyyə naziri Katsunobu Kato ilə görüşdə deyib. Görünür, Rusiyanın ucuz nefti Yaponiyanı da cəlb edir. Ancaq Dehli və Pekindən fərqli olaraq Tokio Vaşinqtonun tələbini yerinə yetirmək məcburiyyətindədir. Yaponiya məhsullarının əsas bazarı ABŞ-dir. Yaponiya ABŞ ilə birgə layihələrə 550 milyard dollar sərmayə qoyacağına boyun olub".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi