Türkiyə İran səfirini XİN-ə çağırdı

İran tərəfindən Türkiyənin hava məkanına doğru atılan ballistik raketin NATO-nun müdafiə sistemləri tərəfindən vurulmasından sonra rəsmi Ankara hərəkətə keçib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, baş vermiş insidentlə əlaqədar İranın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Hadisə ilə bağlı Türkiyənin etirazı və narahatlığı çatdırılıb.