Səudiyyə Ərəbistanı, BƏƏ və təxminən 40 min Amerika əsgərinin yerləşdiyi İordaniya da daxil olmaqla, ABŞ ilə müttəfiq olan ərəb dövlətləri öz ərazilərinin İrana qarşı hərbi əməliyyatlar üçün istifadəsinə qarşı çıxıblar.
Teleqraf xəbər verir ki, bu barədə “CBS News” mənbələrə istinadla məlumat yayıb.
Kanalın mənbələrinə görə, ərəb ölkələri İranın öz ərazilərindəki Amerika obyektlərinə qarşı qisas hücumundan çəkinirlər. Ərəb ölkələrindən başqa, Türkiyə də Tehranın nüvə proqramı ilə bağlı problemlərin diplomatik yolla həllini dəstəkləyir.
“CBS News” əlavə edib ki, bu ölkələr İranda rejim dəyişikliyinə qarşıdırlar.