
Türkiyə və Pakistan İrana qarşı birləşir - RƏY
Yusif Sultanoğlu
14:07 07.07.2023
Gündəm
445
"Türkiyə və Pakistan kimi böyük dövlətlərin hazırkı dünyada yaşanan proseslər fonunda qarşılıqlı əməkdaşlığı artırması, həmin ölkələrin artıq regionda baş verə biləcək ciddi dəyişikliklərə hazırlaşdıqlarından xəbər verir".
Bunu "Sherg.az"a açıqlamasında hərbi-siyasi ekspert Həşim Səhrablı Türkiyə və Pakistanın müdafiə sahəsində birgə müəssisələr yaradacağından danışarkən deyib.
O bildirib ki, yaxın gələcəkdə dünyada bir sıra dəyişikliklərlə qarşılaşa bilərik:
"İndi hər iki dövlət regionda olan ümumi situasiyanı dəyərləndirir. Yəni təhlükələrə qarşı bir-birinə dəstək verməyi ümid edirlər. Regiondakı təhlükələr olaraq isə bir sıra problemləri xarakterizə edə bilərik. Türkiyə və Pakistanı birləşdirəcək əsas problemlərdən biri kimi İran faktoru önə çıxır. İran həm özünün nüvə dövlətinə çevirmək istəyi, həm də sürətli hərbiləşmə və qonşu dövlətlərə radikal mövqeyi ilə diqqət mərkəzində olub. Ümumiyyətlə rəsmi Tehranın əsassız olsa da, tarixi iddiaları var. Hətta molla rejimi özünü min illik böyük imperiyaların varisi kimi görür. Yəni həm Səfəvi, həm Səlcuq, həm də Nadir imperiyasının varisi bilir. Ona görə də regionda dominant ölkəyə çevrilmək istəyir. Bu iddialar isə bugünkü Türkiyə və Pakistan sərhədlərini əhatə edir. Bu səbəblə hər iki ölkə belə təhlükələrin fərqindədirlər və İranın gələcəkdə ata biləcəyi radikal addımlara qarşı bir-biri ilə əməkdaşlığı artırmağı düşünürlər".

Ekspert əlavə edib ki, ən böyük güclər belə təkbaşına mövqelərini gücləndirməkdə çətinliklər yaşayırlar və özlərindən dəfələrlə zəif ölkələrlə müttəfiqliyə ehtiyac duyurlar:
"Biz bunun ABŞ-nin Sakit okean ölkələri ilə olan əlaqələri fonunda da görürük. Ona görə də indi dünyada formalaşan yeni düzəndə hakim mövqedə olmaq istəyən Türkiyə və Pakistan da bu kimi reallıqlardan yola çıxaraq qarşılıqlı əməkdaşlığı artırırlar. Eyni zamanda rəsmi İslamabad və Ankara hesablayır ki, onlar heç vaxt xarici siyasət və milli maraqlar nöqteyi nəzərindən ziddiyətli mövqeyə sahib deyillər. Bu səbəblə hər iki ölkə hazırkı gücləri ilə bir-birinə dəstək verərək daha böyük uğurlar əldə edə bilərlər".
Qeyd edək ki Ankarada Pakistan-Türkiyə ikitərəfli siyasi məsləhətləşmələrinin 6-cı iclasında iki ölkənin müdafiə sahəsində birgə müəssisələr yaradacağı barəsində razılığa gəlinib.
İclasda siyasi əlaqələr, ticarət, əlaqə, müdafiə və təhsil məsələləri müzakirə edilib. Görüş zamanı hər iki tərəf siyasi əlaqələr, ticarət, müdafiə, təhsil, mədəniyyət və insanlar arasında təmasları əhatə edən ikitərəfli əməkdaşlığın bütün spektrini ətraflı nəzərdən keçirib. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YSƏK) əhəmiyyətinə diqqət çəkən tərəflər 7-ci iclasın İslamabadda keçirilməsi barədə razılığa gəliblər.
Tərəflər müdafiə sahəsində əldə edilmiş mühüm irəliləyişləri yüksək qiymətləndirib və mövcud mexanizmlərdən istifadə edərək birgə müəssisələr yaratmaqla bu əməkdaşlığı daha yüksək səviyyələrə qaldıracaqlarına söz veriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və İsrail bizə psixoloji təsir göstərir - Xamenei
21:34 20.03.2026
Dünya
Öldürülən ABŞ pilotunun atası İranla müharibəyə qarşı çıxdı
20:36 20.03.2026
Dünya
Ağ Ev süni intellekt üzrə ilk milli siyasət çərçivəsini təqdim edib
20:24 20.03.2026
Dünya
KİV: Tramp İranla müharibə üçün 200 milyard dollar istəyir
20:11 20.03.2026
Dünya
İranın ali rəhbəri Türkiyəyə hücumlara münasibət bildirib
19:49 20.03.2026
Region
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm