Türkiyədə televiziya binasına silahlı basqın olub - YENİLƏNİB

Türkiyənin İstanbul şəhərində yerləşən “BeIN Sports” kanalına silahla basqın edən şəxs polislər tərəfindən binadan çıxarılıb.

Bu barədə APA-nın Türkiyə bürosu xəbər verir.

***

Türkiyənin İstanbul şəhərində yerləşən “BeIN Sports” kanalının Ayazağadakı televiziya binasına silahlı basqın edilib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, hazırda əraziyə polis briqadaları cəlb olunub.