Türkiyənin 10 səfir "qalmaqalı" lirəni gücdən saldı
Türkiyənin 10 səfir "qalmaqalı" lirəni gücdən saldı
Yusif Nəzərli
07:10 26.10.2021
Gündəm
447
Əhəd Məmmədli: "Türkiyə nə zaman başını qaldırsa, müstəqil qərar versə, dərhal valyuta ilə bağlı düyməyə basılır"
Bütün prosesin arxasında ABŞ Prezidenti Cozef Bayden durur
Xəbər verdiyimiz kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 səfirin “persona non-qrata” elan edilməsinə göstəriş verib. 10 səfirin tanınmış iş adamı, FETÖ terror təşkilatına üzv olmaqda ittiham olunan Osman Kavala ilə bağlı reaksiyalara toxunan Ərdoğan Kavalanın SOROS-un Türkiyə şöbəsi olduğunu bildirib. Ərdoğan Kavala ilə bağlı Xarici İşlər Nazirliyinə 10 səfir gəlişini həyasızlıq adlandırıb: “Xarici işlər nazirimizə dərhal bu səfirlərin “persona-non-qrata” elan olunması ilə məşğul olmaları tapşırığını verdim. Dedim ki, bunlar Türkiyəni tanıyacaqlar, anlayacaqlar. Əgər tanımasalar, anlamasalar, buradan gedəcəklər”. Türkiyə prezidenti ölkəni iqtisadi çətinliyə salmaqla hökuməti dəyişməyi hədəfləyənlərin məqsədinin başqa olduğunu söyləyib: “Yaşadığımız çətinliklər müvəqqətidir, əmin olun ki, qazanacağımız qazanclar nəsillər boyu davam edəcək. Bu qlobal böhranı, investisiyaları təşviq edəcək, istehsalı artıracaq və məşğulluğu gücləndirəcək bir iqtisadi siyasətlə tarixi bir fürsətə çevirmək istəyirik”. Ərdoğanın qərarı bir sıra xarici ölkələrlə yanaşı, daxildəki müxalif qüvvələri də hərəkətə keçirib. Hökumətə qarşı cəbhə alan bəzi müxalifət partiyaları prezidentin yanlış qərar aldığını iddia ediblər. Gələcək Partiyasının sədri, sabiq xarici işlər naziri Əhməd Davudoğlu deyib ki, 10 səfirin arzuolunmaz şəxs elan edilməsinin Osman Kavala və ya məhkəmənin müstəqilliyi ilə heç bir əlaqəsi yoxdur. Davudoğlu “tarixin ən böyük diplomatik qalmaqalı ilə üz-üzə olduqlarını” bildirib. Xatırladaq ki, Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç, İsveç və ABŞ-ın Ankaradakı səfirləri Türkiyəni Osman Kavalanı həbsdən azad etməyə çağırıblar.
Ərdoğanın qərarını və reaksiyaları “Şərq”ə dəyərləndirən AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli deyib ki, Türkiyə liderinin atdığı addımın etiraz doğuracağı əvvəlcədən bəlli idi. Partiya təmsilçisinin sözlərinə görə, ölkə daxilində Qərblə əlaqələri müxalif qüvvələr hakimiyyəti laxlatmaq üçün bu məsələni qəsdən gündəmdə saxlayır:
“Məqsəd Ərdoğan hökumətinə qarşı yeni etiraz dalğası yaratmaqdır. Amma unudurlar ki, Türkiyə lideri kifayət qədər təcrübəli şəxsdir. Ərdoğan etirazları nəzərə alaraq belə bir addım atıb və çox düzgün qərar verib. Osman Kavala vətən xainidir. Hər bir dövlətin vətən xaininə münasibəti bundan fərqli ola bilməz. Ankara hökuməti ABŞ-da həbs olunan hansı vətən xaininə görə, Vaşinqtona müraciət edib, onun sərbəst buraxılmasını istəyib?! Amerikaya, Avropa ölkələrinə kim səlahiyyət verib ki, Türkiyənin daxili işinə, mühakimə prosesinə qarışsın? Ərdoğan müstəqil və güclü Türkiyənin başında duran lider kimi dövlətin maraqları naminə öz qərarını verib”.
Ə.Məmmədliyə görə, daxildəki müxaliflərin hakim AKP-ni tənqid etmək üçün fürsət gözlədiyi hamıya bəllidir: “Müxalifət partiyaları “göydəndüşmə” hadisəni özləri üçün dividend sayır və hakimiyyətə qarşı “xal qazanmaq” şansı görürlər. Əslində qardaş ölkədə lirənin yenidən ucuzlaşmasının arxasında da siyasi qərar dayanır. Türkiyə nə zaman başını qaldırsa, hərbi, iqtisadi layihələrə başlasa, müstəqil qərar versə, dərhal valyuta ilə bağlı düyməyə basılır. Qərb fərqindədir ki, insanları yalnız sosial problemlərlə hakimiyyətə qarşı qaldırmaq mümkündür. Şübhəsiz, bütün prosesin arxasında ABŞ Prezidenti Cozef Bayden durur. Bayden hələ namizəd olanda demişdi ki, “Ərdoğanı hakimiyyətdən salmaq üçün əllərindən gələni edəcəklər”. Amma türk xalqı böyük və müdrik xalqdır. Türklər təxribatlara meyl etmir, xaricdən və daxildən edilən cəhdlərin haradan qaynaqlandığını çox yaxşı bilirlər. Ərdoğan-xalq vəhdəti bütün imperialist qüvvələrə qalib gəlmək gücündədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
WUF13-ə onlayn qeydiyyat bərpa edilib
16:44 20.05.2026
Cəmiyyət
“Sədaqətin Sükutu” layihəsinin hazırlıq mərhələsi başlayıb
16:42 20.05.2026
Ölkə
Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti dayandırılacaq
16:34 20.05.2026
Elm və Təhsil
“CHP haramın sığınacağı ola bilməz” - Kılıçdaroğludan sərt mesaj
16:26 20.05.2026
Gündəm
Su çəkildikcə dərələrdə qram-qram qızıl yığırlar
16:20 20.05.2026
Maraqlı
İtlərdə ağız qoxusuna qarşı inqilabi kəşf - Alimlər tapdı
16:14 20.05.2026
Sağlamlıq
Azərbaycan şəhərsalmada Çin modelindən öyrənməlidir - Professor
16:02 20.05.2026
Aktual
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region