Türkmənistan 16 ölkənin vətəndaşlarının İrandan təxliyəsinə kömək edib

Türkmənistan 16 ölkədən 200-dən çox insanın İrandan təxliyəsinə kömək edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Martın 4-nə olan məlumata görə, Mərkəzi Asiya dövlətləri, Çin, Rusiya, ABŞ, Finlandiya, İsveç, Hollandiya, Almaniya, Türkiyə, Səudiyyə Ərəbistanı və digərləri də daxil olmaqla, 16 ölkədən 200-dən çox insan qonşu İrandan Türkmənistana daxil olub.