Türkmənistan xarici işlər nazirinin müavini Əhməd Qurbanov Aşqabadda Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin rəis müavini Ramazan Seçilmiş ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Türkmənistan-Türkiyə əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf perspektivlərini müzakirə edərək, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə qarşılıqlı əlaqələrin davamlı inkişafına diqqət çəkiblər.
İkitərəfli əlaqələrin möhkəmləndirilməsində ən yüksək səviyyələrdə əlaqələrin roluna xüsusi diqqət yetirilib.
Danışıqlar zamanı miqrasiya sahəsində də daxil olmaqla, əməkdaşlığın hüquqi çərçivəsinin genişləndirilməsi məsələləri müzakirə olunub. İştirakçılar müvafiq sənədlərin layihələrini müzakirə edərək, bu sahədə təcrübə mübadiləsini və əməkdaşlığın inkişafını davam etdirmək öhdəliklərini bir daha təsdiqləyiblər.