Üç səfirin demarşı:“...Rica edəcəklər ki, onları da Şuşaya aparaq”
Fidan Həmişəyeva
09:49 12.07.2021
Gündəm
688
“Düşünürəm ki, bəzi ölkələrin etimadnaməsi və rəsmi qəbulunun məhz Şuşada həyata keçirilməsi çox adekvat bir addım olardı”
“Çox güman ki, belə də olacaq. Bu zaman həmin ölkə rəsmilərinin bölgəyə getməmə kimi bir lüksü olmayacaq və məcburən gedəcəklər”
Prezident İlham Əliyevin dəvəti ilə ölkədəki xarici dövlətlərin səfirləri Şuşaya səfər etdilər. 46 ölkənin diplomatik nümayəndəlik rəhbərlərinin yollandıqları səfərə Rusiya, Fransa və ABŞ səfirləri qatılmadılar. Mixail Boçarnikov, Zakari Qross və Erl Lisenbergerin imtinası əslində siyasi və diplomatik demarşdır. Məlumdur ki, diplomatların Şuşa səfəri Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi tapşırığı əsasında təşkil olunmuşdu.
Şuşaya yollanmaqdan boyun qaçıran səfirlər bu minvalla Minsk Qrupunun həmsədrlərinin Ermənistanla münasibətlərini kəskinləşdirmək istəmirlər. Səfirlərin İrəvana yarınmaq istəyi aydındır, lakin əzəli Azərbaycan şəhəri, ölkəmizin mədəniyyət paytaxtı olan Şuşanın Ermənistana nə dəxli və əlaqəsi var?. İstənilən halda üç səfirin bu kobud və aşkar demarşı Azərbaycanın ABŞ, Rusiya və Fransa ilə münasibətlərinə təsirsiz ötüşməyəcək.
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli “Sherg.az”a bildirib ki, səfirlər Minsk qrupunun həmsədrləri olduğu üçün belə əsaslandırırlar ki, guya tərəfsiz qalmalıdırlar:
“Yəni “bitərəflik” prinsipi pozulmasın deyə Şuşaya getməkdən imtina ediblər. Əslində bu, həm də erməni lobbisinin gücünün nəticəsidir. Onsuz da Fransanın mövqeyi məlum idi, Rusiya və ABŞ-ın isə belə bir addım atması əslində Azərbaycan üçün böyük problem yaratmır. Sadəcə görünür ki, bütün bunların baş vermə səbəbi hər iki ölkədəki erməni lobbisinin gücüdür. Rusiyaya gəldikdə isə, Rusiya ilə erməni cəmiyyəti iç-içədir. Bu gün Rusiya istəmir ki, Ermənistanda yaşanan proseslərdə mövqesiz və ciddi şəkildə zərər görsün. Onsuz da Paşinyanla bağlı kifayət qədər ziyandadırlar. Eyni zamanda Rusiya Qarabağdakı müşahidəçi missiyasını həyata keçirməklə də özünü kifayət qədər problemə salmış oldu. Bu baxımdan əslində hər üç səfirin Şuşaya getməməsi elə də ciddi problem yaratmır”.
Ə.Əlibəylinin sözlərinə görə, müəyyən bir zamandan sonra səfirlərin özləri rica edəcəklər ki, Azərbaycan tərəfi onları Şuşaya aparsın:
“Ancaq düşünürəm ki, bəzi ölkələrin etimadnaməsi və rəsmi qəbulunun məhz Şuşada həyata keçirilməsi çox adekvat bir addım olardı. Çox güman ki, belə də olacaq. Bu zaman həmin ölkə rəsmilərinin bölgəyə getməmə kimi bir lüksü olmayacaq və məcburən gedəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm