Uğurlu səfər: Putin Mehriban Əliyevanın fəaliyyətini yüksək dəyərləndirib
21:17 22.11.2019
Gündəm
825
Rusiya Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan əlaqələrinin inkişafı və möhkəmləndirilməsində göstərdiyi xidmətə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya “Dostluq” ordenini təqdim edib.
RİA Novosti xəbər verir ki, Putin Rusiyada səfərdə olan Mehriban Əliyevaya dövlət mükafatını Novo-Oqaryovo rezidensiyasında təqdim edib.
Mən dıqqətinizə çatdırmaq istəyirəm ki, bu, düşünülmüş addımdır. Ancaq ona görə yox ki, siz buraya gəlmisiniz və Azərbaycanın yüksək vəzifəli şəxslərindən birisiniz. Bu, sizin işiniz, sizin fəaliyyətinizlə, dövlətlərarası əlaqələrin bugünkü yüksək səviyyədə saxlanılmasında göstərdiyiniz xidmətlə bağlıdır və biz bunu çox yüksək dəyərləndiririk” – Rusiya Prezidenti bildirib.
Rusiya liderinin sözlərinə görə, təkcə orden sözünün özü Mehriban Əliyevanın Rusiya-Azərbaycan əlaqələri üçün gördüyü işləri əks etdirir. Öz növbəsində Azərbaycanın Birinci vitse-prezidenti Putinin onu Rusiyanın əsl dostu adlandırmasını böyük şərəf sayığını bildirib.
Vladimir Putin bəyan edib ki, azərbaycanlı həmkarı İlham Əliyevlə dekabrın 20-də Sankt-Peterburqda görüşməyə ümid edir.
O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşdə deyib: “Azərbaycan Prezidentin ən xoş arzularımı çatdırın. Ümid edirəm ki, biz dekabrın 20-də Sankt-Peterburqda görüşə biləcəyik”.
Rusiya dövlətinin rəhbəri görüş zamanı Azərbaycan hökumətinin rus dilinin ölkədə populyarlaşmasına verdiyi böyük əhəmiyyətə diqqət yetirib. “Mən bizim humanitar əlaqələrimiz və Azərbaycanda rus dilinə münasibətlə bağlı indicə dediklərinizə diqqət yetirməyə bilmərəm” – Putin vurğulayıb.
Putinin sözlərinə görə, Azərbaycan keçmiş Sovet İttifaqının o ölkələrindəndir ki, Rusiya mədəniyyətinə və rus dilinə münasibət ən yüksək səviyyədə dəstəklənir. Bununla bağlı o, Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentin bu prosesdə şəxsi rollarını yüksək qiymətləndirib.
“Biz bunu yüksək dəyərləndiririk. Çünki bu, bütün digər istiqamətlər, o cümlədən iqtisadiyyat və sözün geniş mənasında humanitar əlaqələr də daxil olmaqla münasibətlərimizi inkişaf etdirməyə imlan verən bazadır. Biz buna görə çox minnətdarıq, öz tərəfimizdən də ümumi nailiyyətlərimizi yüksək səviyyədə saxlamaq üçün hər şeyi edəcəyik. Bu, insanlara heç bir maneə olmadan münasibət qurmağa, şəxslər və dövlətlər arasında münasibətləri inkişaf etdirməyə imkan verən amildir” – Putin deyib.
Öz növbəsində Mehriban Əliyeva deyib ki, Azərbaycan hökuməti gələcəkdə bu sahəyə daha böyük diqqət yetirməlidir.
“Yeni nəsil böyüyür. Bizim nəslimiz ümumi köklərə, ümumi tarixə malikdir. Yeni nəsil yetişir və bu əlaqələr, xüsusilə də insanlar arasında, yeni nəsil arasında humanitar sahədə bugünkü əlaqələrin daha da möhkəmlənməsi və genişlənməsinə nail olmaq lazımdır” – Əliyeva cavab verib.
Putin onu da qeyd edib ki, Mehriban Əliyeva Birinci vitse-prezident statusunda Rusiyaya ilk dəfə səfər edir, Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko ilə birgə onuncu regionlararası forumu açacaq.
“Hesab edirəm ki, bu, bizim əməkdaşlığımızın son dərəcə vacib istiqamətidir. Çünki bizim qarşılıqlı münasibələrimizin böyük həcmi məhz regionlar səviyyəsində gedir” – Putin bildirib.
Mehriban Əliyeva söhbət zamanı Rusiyaya səfər etmək dəvətinə görə Vladimir Putinə təşəkkür edib. “Burada, Moskvada olmağıma çox şadam. Moskva mənim üçün əziz və yaxın şəhərdir – burada tələbəlik illərim keçib. Hər dəfə də Moskva məni sevindirir” – o, qeyd edib.
Bundan əlavə, Birinci vitse-prezident Putinə azərbaycanlı həmkarının salamını çatdırıb. “Bundan başqa, sizə uyğun olan bir zamanda bizim ölkəmizə səfər etməklə bağlı Azərbaycan Prezidentinin dəvətini çatdırmaq istəyirəm” – Mehriban Əliyeva əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah Bakıya yağış yağacaq
18:11 25.05.2026
Ekologiya
Azərbaycan baytarlıq preparatları istehsal edəcək
17:52 25.05.2026
Aktual
Rus ordusu Dobropasovonu işğal etdi
17:42 25.05.2026
Dünya
Köçəryan Azərbaycanla bağlı “vəd” verdi
17:25 25.05.2026
Gündəm
Putin Azərbaycan Prezidentini təbrik edib
17:02 25.05.2026
Gündəm
İran nümayəndə heyəti Qətərdə səfərdədir
16:53 25.05.2026
Gündəm
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
16:51 25.05.2026
Media
Prezident: Mayda Bakıda belə yağışın yağmasını xatırlamıram
16:38 25.05.2026
Gündəm
85 min insan Qarabağa qayıtdı - RƏY
16:31 25.05.2026
Aktual
Gecə boyunca fasiləsiz yatmaq hər zaman “normal” olmayıb
16:18 25.05.2026
Sağlamlıq
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - YENİLƏNİB
16:09 25.05.2026
Gündəm
134 ünvanda heyvan kəsimi və satışı məntəqəsi yaradıldı
15:56 25.05.2026
Sosial
Rusiya ilə alınmasa, alternativ tapacağıq - Mirzoyan
15:38 25.05.2026
Dünya
Simonyan Paşinyanı narkoman adlandırdı
15:36 25.05.2026
Gündəm
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
15:32 25.05.2026
Gündəm