Ankarada keçirilən toy mərasimində ənənəvi qızıl hədiyyəsinin yerinə qeyri-adi seçim edilib.
Sherg.az xəbər verir ki, Buğra Yalçının dostları ona qızıl əvəzinə çubuq böcəyi, yaşıl iquana, uromastiks və Peter zolaqlı kərtənkələsi kimi ekzotik heyvanlar hədiyyə ediblər.
Uşaqlıqdan təbiətə və müxtəlif canlılara maraq göstərən Yalçın zamanla ekzotik heyvanlara qulluq etməyi hobbi halına gətirib. O bildirib ki, hədiyyə olunan heyvanların hamısı müvafiq qaydada sənədləşdirilib.
Yalçın ekzotik heyvanlara qulluğun asan olmadığını, bunun böyük əmək və diqqət tələb etdiyini deyib. O, dostlarının toyunda ona ekzotik heyvanlar hədiyyə etməsindən çox sevindiyini və bu hədiyyələrin onun üçün qızıldan daha dəyərli olduğunu bildirib.
Qeyd edək ki, Düzcedə keçirilən başqa bir toyda isə bəyə qızıl və pul əvəzinə bir çuval fındıq hədiyyə edilib.

