Ukrayna “İsgəndər” raketləri istehsal edən zavodu vurdu

Rusiyada “İsgəndər” və “Oreşnik” kompleksləri üçün raketlər istehsal edən müəssisəyə zərbə endirilib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Bildirilib ki, gecə saatlarında həyata keçirilən hücum zamanı Udmurtiyanın Votkinsk şəhərində yerləşən “Votkinsk zavodu” hədəfə alınıb. Müəssisə “İsgəndər-M”, “Topol-M” və “Oreşnik” raketlərinin istehsalı ilə məşğuldur.

Zərbənin PUA ilə deyil, “Flaminqo” raketləri ilə endirildiyi iddia olunur.

Vurğulanıb ki, Votkinsk şəhəri ilə Ukrayna sərhədi arasındakı məsafə təxminən 1400 kilometrdir.

***

Regional Səhiyyə Nazirliyinin məlumatına görə, hücum nəticəsində 11 nəfər yaralanıb. Üç nəfər xəstəxanaya yerləşdirilib, ikisinin vəziyyəti orta, birinin isə vəziyyəti isə ağırdır.

Yerli sakinlər isə zavodun 22 və 36 nömrəli sexlərinin zədələndiyini bildirirlər.