Ukrayna Rusiyanın hərbi obyektlərini və gəmilərini darmadağın etdi

Ukraynanın Pilotsuz Sistem Qüvvələri işğal edilmiş Krım yarımadasında Rusiya ordusun pilotsuz katerlər bazasına, beş hava hücumundan müdafiə sisteminə, Donetsk hava limanında “Şahid” dronlarının buraxılış meydançasına, Azov və Qara dənizlərdə “kölgə donanması”na məxsus dörd tankeri vurub.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Pilotsuz Sistem Qüvvələrinin komandanı Robert Brovdi məlumat verib.

O bildirib ki, iyulun 6-dan bəri həyata keçirilən “MoLoÇKa” əməliyyatı çərçivəsində Azov dənizində 130, Qara dənizdə isə 75 Rusiyan gəmisi zərərsizləşdirilib.

Komandan qeyd edib ki, iyul ayı ərzində ümumilikdə Rusiyaya məxsus 30 hava hücumundan müdafiə elementi vurulub.

Zaporojye vilayətinin İvanovka kəndində yerləşən P-18 radiolokasiya stansiyası və Rusiyanın Rostov vilayətinin Russkoye Kolodets yaşayış məntəqəsində yerləşən “Nebo-SVU” radiolokasiya sistemi vurulub.

Pilotsuz Sistem Qüvvələri həmçinin Donetsk vilayətinin Snijne şəhərində “Buk-M3” zenit-raket kompleksinə, Rostov vilayətinin Fyodorovka kəndində yerləşən “Sopka-2” radiolokasiya kompleksinə, eləcə də Donetsk hava limanında zərbə PUA-larının saxlanıldığı və buraxıldığı məntəqəyə zərbələr endirib.