Ukraynadan gələn azərbaycanlıların ilk qrupu martın 1-də Azərbaycanda olacaq
09:48 27.02.2022
Gündəm
317
Ukraynadan Moldova sərhədinə keçən 160 nəfər azərbaycanlı martın 1-də Azərbaycanda olacaq.
Bu barədə APA-ya açıqlamasında Ukraynada işləyən azərbaycanlı Emin Xəlilov deyib.
O bildirib ki, hazırda sərhədi keçən azərbaycanlılar Azərbaycanın Moldova səfirliyindədirlər: “Biz 113 nəfər Ukraynada işləyən azərbaycanlılar və 20 nəfərə yaxın bizim əməkdaşların ailə üzvləri Ukrayna sərhədini keçib Moldovaya gəlmişik. Bizə Azərbaycanın Ukraynadakı səfirliyindən də kömək etdilər, burada yerləşməyimizə də səfirlik kömək göstərib. Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bizi qəbul edib. Bizim Rumıniyaya keçməyimiz üçün də Azərbaycanın Moldovadakı səfirliyi lazımi addımları atır. Mart ayının 1-i Azərbaycana uçuşumuz gözlənilir”.
E. Xəlilov qeyd edib ki, onlar üçün 160 nəfər tutumlu təyyarə ayrılıb: “Həmin təyyarəyə əlavə 30 nəfər qadın və uşaq da götürüləcək. Bununla bağlı Səfir Qüdsi Osmanovla da danışdıq. Hazırda səfirlik tərəfindən bu məsələ ilə məşğul olurlar. Təyyarə tam dolu şəkildə Azərbaycana gələcək. Bizdən əlavə də də Moldovadakı səfirliyimizə Ukrayna sərhədini keçib gələn azərbaycanlılar var, onlara da səfirlik tərəfindən kömək göstərilir. Dəqiq say barədə tam məlumat yoxdur”.
E. Xəliov nəzərə çatdırıb ki, Ukraynada vaksin olunanlarla bağlı Moldova sərhədini keçəndə heç bir problem olmur:
“Vaksin olunmayanlardan isə təmənnasız test götürülür. Viza da tələb edilmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm
İran ABŞ ilə son sülh planının müzakirəsini davam etdirir
12:08 18.05.2026
Gündəm
Türkiyəli nümayəndə: WUF13 üçün ciddi hazırlıq görülüb
12:05 18.05.2026
Gündəm
Ermənistana builki ixracın dəyəri 10 milyona yaxınlaşdı
11:57 18.05.2026
Gündəm
“Maşın” şou başlayır
11:41 18.05.2026
Şou
Tramp İranla bağlı onlarla görüş keçirdi: Narazıdır...
11:35 18.05.2026
Gündəm
Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəldi
11:25 18.05.2026
Gündəm
KİV: Tramp Ağ Evdə helikopter meydançası tikməyi düşünür
11:21 18.05.2026
Dünya
Yermak azadlığa çıxır: 140 milyon girov ödənildi
10:54 18.05.2026
Dünya
Daha bir itkin-şəhid dəfn ediləcək
10:52 18.05.2026
Cəmiyyət