Umayra Tağıyeva: Bu il 3 milyona yaxın ağacın əkilməsi hədəfi qoyulub
Yusif Sultanoğlu
07:08 16.11.2023
Gündəm
370
Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda daynıqlı inkişaf məsələlərinə (DİM) nail olmaq üçün yaşıl iqtisadiyyata keçid böyük əhəmiyyət kəsb edir. Azərbaycan iqlim dəyişikliklərinin təsirlərini yumşaltmaq üçün addımlar atır, kütləvi ağacəkmə tədbirləri həyata keçirilir. Təkcə bu il ərzində işğaldan azad olunan ərazilər də daxil olmaqla 3 milyona yaxın ağacın əkilməsi hədəfi qoyulub və artıq biz buna nail olmaq üzrəyik.
“APA-Economics” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva “Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, işğaldan azad olunan ərazilərdə iqlim dəyişikliyinin təsirlərinin azaldılması üçün addımlar atılır: “Bu ərazilərin yaşıl enerji zonasına çevrilməsi və burada karbon neytrallığı hədəfinə nail olunması istiqamətində siyasət həyata keçirilir”.
O qeyd edib ki, Azərbaycan zəngin günəş və külək ehtiyatlarına malik olmaqla, böyük bərpa olunan enerji potensialına malikdir: “2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücü payının 30%-ə çatdırılması əsas hədəfdir. Bu hədəf özəl sektor və investorlar üçün uzunmüddətli baxışı təmin edir və yeni layihələrin inkişafına təkan verir”.
“Xüsusilə karbon tutumlu sektorlarda emissiyaların azaldılması tədbirləri və yaşıl enerji layihələri prioritetləşdirilməlidir”, - deyə o əlavə edib.
Umayra Tağıyeva bildirib ki, Azərbaycanda kənd təsərrüfatı iqlim dəyişikliyinə ən həssas sahə kimi müəyyən edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm
Lavrov: Qərb Qələbə Gününü pozarsa, güzəşt olmayacaq
15:14 08.05.2026
Dünya
AfD lideri: Merts Almaniyanı məhv edir
15:07 08.05.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
14:50 08.05.2026
Gündəm
Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi - FOTO
14:33 08.05.2026
Gündəm
Putin Azərbaycanı təbrik etdi
14:17 08.05.2026
Siyasət
Şəmkirdə "VAZ" körpüdən aşdı
13:53 08.05.2026
Hadisə
ABŞ İraqın yeni Baş nazirinə İranla bağlı şərt qoydu
13:51 08.05.2026
Dünya
Dünya ət qiymətləri rekord səviyyəyə yüksəlib
13:17 08.05.2026
İqtisadiyyat