“Uşaq mənimdir, özüm bilərəm” - Faciəvi sonluğa aparan yanaşma
Fidan Həmişəyeva
09:56 19.07.2019
Gündəm
1278
Günel Səfərova:“ Uşaqlar çox vaxt valideyn diqqətsizliyindən həyatını itirir. Hamıya bəllidir ki, bəzən ananın diqqəti telefonda olur, bu zaman bədbəxt hadisə baş verir”
Ötənlərdə 1 yaşlı körpə üçüncü mərtəbədən yıxılıb. Bədbəxt hadisə Nəsimi rayonunda baş verib. 2018-ci il təvəllüdlü Cavadlı Cavidan Cavanşir oğlu anasının ehtiyatsız davranması səbəbindən əlindən yerə düşüb.
Kəllə-beyin travması alan körpə ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Qeyd edək ki, bu hadisə valideyn məsuliyyətsizliyi məsələsini növbəti dəfə gündəmə gətirib.
Baş verənləri “Sherg.az”a dəyərləndirən“Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova bu cür hadisələrin valideyn məsuliyyətsizliyindən irəli gəldiyini bildirdi.
İcraçı direktor təəssüflə bildirdi ki, uşaqlar çox vaxt valideyn diqqətsizliyindən həyatını itirir:
“Bizdə belə bir yanaşma var: “Uşaq mənimdir və necə istəyirəm elə də rəftar edərəm, özüm bilərəm”. Maraqlıdır, 1 yaşlı uşağın eyvanda və ananın qucağında nə işi var? Bəzən valideyn istəmədən olsa belə, övladının həyatını təhlükə altında qoyur. Nə qədər ki, qanunvericilikdə bu sahədə müəyyən tənzimlənmə yoxdur, o vaxta kimi belə hadisələr baş verəcək.
Bildiyimə görə, Ailə, Qadın və Uşaq üzrə Dövlət Komitəsi valideyn məsuliyyətinin artırılması ilə bağlı qanun qəbul edilməsi üçün müaricət edib.
Lakin qanunun qəbul edilib-edilməməsindən xəbərim yoxdur. Ümumiyyətlə, ölkəmizdə uşaq müdafiəsi prioritet məsələ olmadığı üçün belə hallar qanunvericilikdə öz əksini gec tapır.
Yaxşı olardı ki, valideyn məsuliyyətsizliyi nəticəsində həyatını itirən uşaqların statistikası hazırlansın. Hər zaman deyirik ki, maarifləndirici tədbirlər görək, sosial çarxlar çəkilsin və ciddi təbliğatlar aparılsın.
Amma hamıya bəllidir ki, bəzən ananın diqqəti telefonda olur, bu zaman bədbəxt hadisə baş verir.
Düşünürəm ki, belə hallarda məsuliyyətisizlik edən valideynlər cəzalandırılsa, bu sahədə müsbət dəyişikliklər ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Azərsun Holdinq” minlərlə ailəyə bayram sovqatı hədiyyə etdi
14:13 26.05.2026
Ölkə
KİV: İrana 24 milyard dollar qaytarıla bilər
14:03 26.05.2026
Gündəm
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya
İtaliya Prezidenti Azərbaycan liderini təbrik edib
12:12 26.05.2026
Gündəm
SEPAH ABŞ PUA-sının vurulduğunu bildirir
11:57 26.05.2026
Dünya