Vahid məktəbli forması sadə, qiyməti də ucuz olmalıdır - AKTUAL
Məlahət Rzayeva
12:06 17.10.2019
Gündəm
1890
"Respublika ərazisində vahid bir məktəbli forması tətbiq edilməyəcək". Bunu təhsil naziri Ceyhun Bayramov mətbuat konfransında deyib. Nazir bildirib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi” sənədinə əsasən hər bir məktəbdə vahid formanın olması əks olunub:
"Ancaq məktəbli formasının hansı formada olması ilə bağlı qərar məktəbin pedaqoji şurasının və valideynlər komitəsinin ortaq qərarı ilə müəyyənlışdiriləcək. Səmimi etiraf edək ki, hər məktəbin müxtəlif forma tərtib etməsi qarışıqlığa səbəb ola bilər. Bu səbəbdən də ölkə üzrə bir neçə dizaynda standartlara cavab verən formalar təklif olunacaq və məktəblər bu formalardan birini seçəcəklər".
Nazir qeyd edib ki, həmin formaların daha uyğun və keyfiyyətli olması gözlənilir.
Xatırladaq ki, avqust ayında Təhsil Nazirliyində yeni vahid məktəbli formasının hazırlanması üçün İşçi Qrupunun yaradıldığı haqda məlumat verilmişdi. Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov bildirmişdi ki, İşçi Qrupuna BTE-nin baş dizayneri, konstruktoru və baş mühəndisi də daxildir. İşçi Qrup yeni hazırlanacaq vahid məktəbli forması ilə bağlı təklifləri araşdıracaq. Əsas təkliflərdən biri yeni hazırlanacaq məktəbli formalarının müasir olması və fəsil amilinin nəzərə alınması məsələsi idi. Təklif edilirdi ki, yuxarı sinif şagirdləri üçün vahid məktəbli forması onların zövqünə uyğun, müasir tərzdə olsun.
Çünki, yuxarı sinif şagirdləri əksər hallarda məktəbli forması geyinməyə maraq göstərmirlər. Yeni vahid məktəbli formasının gələn tədris ilinə hazırlanması nəzərdə tutulurdu. İndi isə nazir bildirir ki, bir neçə dizaynda məktəbli formaları təklif olunacaq, məktəblər də bu formalardan birini seçəcək.
Təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov isə hesab edir ki, ilk növbədə bütün orta ümümtəhsil məktəblərinin vahid məktəbli formasına keçməsi təmin edilməlidir:
"Misir Mərdanov təhsil naziri olanda vahid məktəbli formasına keçidlə bağlı əmr imzaladı. Amma sonra gördük ki, əmrin məzmun və mahiyyəti qaldı bir kənarda, özfəaliyyətlər başladı. Bəzi məktəblər, hansı ki, şagirdlərinin əksəriyyəti imkanlı ailələrin övladları idi, özləri üçün xüsusi, digər məktəblərdən seçilən forma tikdirməyə başladılar. Bəziləri “şotlanka” deyilən parçadan forma tikdirdi, bəzisi başqa rənglər, elementlər seçdi, fərqlənməyə çalışdılar. Əgər əmr vardısa, lazım idi ki, bütün məktəblər eyni formada olsun. Amma olmadı. Bakı Tikiş Evinin geyimlərini bəyənməyənlər Türkiyədən parça sifariş etdilər, gizli sexlər məktəbli forması tikməyə başladı".
Ekspert vurğulayıb ki, vahid məktəbli formasının mahiyyəti uşaqlar arasında sosial bərabərliyin təmin edilməsidir:
"Əgər şagird görürsə ki, hansısa məktəbin şagirdi geyimi ilə ondan üstündür, hansısa şagirdin geyimi onunkundan bahalıdır, daha burada hansı sosial ədalətdən danışmaq olar?! Belə hallar uşaqlara mənfi təsir göstərir, şagirdlərdə, natamamlıq və əskiklik kompleksi yaradır. Vahid məktəbli formasının hazırlanması sadə məsələ deyil. Bunun üçün mütləq ictimai müzakirə açılmalı, ictimaiyyətin rəyi öyrənilməlidir. Yoxsa, bu işlər kiminsə şəxsi istəyinə, fərdi zövqünə tabe olmamalıdır. Tender elan olunmalı, təklif edilən dizaynlar ictimai rəyin müzakirəsinə verilməli və səs çoxluğu qazanan tərtibat seçilməlidir. Vahid məktəbli forması sadə və ən əsası qiymət baxımından əlçatan olmalıdır. Və ən əsası formanın həqiqi vahidliyi təmin edilməlidir.
Oxşar xəbərlər
Azərbaycanın rolu artıq yalnız Cənubi Qafqazla məhdudlaşmır - Mehmet Gökhan Özçubukcu
20:53 16.09.2026
Paşinyan cəmiyyətini sülhdən başqa yolun olmadığına inandırmağa çalışır - Politoloq
19:43 16.09.2026
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə