Volodimir Zelenski: Rusiya su təchizatı sistemlərini hədəf ala bilər

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya yaxın aylarda ölkənin su təchizatı sistemlərinə qarşı əməliyyat hazırlayır. O, regionlara ehtiyat tədbirləri görməyi və riskli obyektləri qorumağı tapşırıb.

Sherg.az xəbər verir ki, Zelenski həmçinin pilotsuz uçuş aparatlarına qarşı hava hücumundan müdafiənin, xüsusilə qərb bölgələrində gücləndirilməsinin vacibliyini vurğulayıb.

Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ABŞ-ın Kiyevlə danışıqlar barədə Moskvanı məlumatlandırdığını, lakin hələ razılaşma olmadığını açıqlayıb.