Avropa İttifaqı Hörmüz boğazına gəmilərini yalnız münaqişədən sonra göndərə bilər.
APA xəbər verir ki, bu açıqlamanı Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avstraliya Baş naziri Entoni Albaneze ilə görüşdən sonra verib.
Avropa ölkələrinin Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyini təmin etməkdəki roluna dair sualı cavablandıran Von der Leyen, gələcəkdə belə bir imkanın istisna edilmədiyini bildirib.
O, qeyd edib ki, “Avropa İttifaqının liderləri yalnız döyüş əməliyyatları bitdikdən sonra hər hansı bir əməliyyat və ya missiya həyata keçirməyi nəzərdən keçirə bilərlər”.
Von der Leyen enerji təminatı məsələsinin artıq qlobal müttəfiqlər üçün “kritik” olduğunu etiraf edib. “Bütün dünyada bunu qaz və neft qiymətlərinin artımı şəklində hiss edirik. Lakin ən vacibi məsələlərin danışıqlar yolu ilə həllinə nail olmaqdır”, – o, əlavə edib.