Xalq seçkidən danışmaq istəmir - REPORTAJ
10:29 08.07.2024
Gündəm
419
Sentyabrın biri Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu parlament seçkisi Azərbaycanın müstəqillik tarixindəki ikinci növbədənkənar parlament seçkiləri olacaq. Uzun müddətdir ki, bu mövzuyla bağlı şəhər əhalisindən sorğu götürməyi fikirləşirdim. Əməkdaşımız Banuçiçəkin də dəstəyi ilə sorğu götürməyə qərar verdim. Sorğunu jurnalistlər üçün məşhur yer sayılan AMEA-nın qarşısındakı parkda keçirəcəkdim.
Parka çatanda saat 6-nı keçmişdi. Ləngimədən işə başladım. Əlimdə kamera ilə yaxınlaşdığımı görənlər, xüsusilə yaşlı nəslin nümayəndələri istiqamətini dəyişir, mimikaları ilə danışmaq istəmədiklərini bildirirdilər. Sonunda qarşıma sorğuda iştirak edə biləcək bir adam çıxdı. Yaxınlaşıb soruşdum.
- Salam, hər vaxtınız xeyir olsun, sizə sual verə bilərik?
- Salam, nə haqqında
- Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri barədə nə düşünürsünüz?
Kişinin sualdan məmnun olmadığını hiss elədim. "Siyasətə qarışmıram" deyib məni başından elədi. Bundan sonra yaxınlaşdığımız bir çox adamla eyni mənzərə təkrarlandı. Əslində o adamlar "siyasətə qarışmıram" sözünün "siyasətdən danışmağa qorxuram" sözünün əvəzinə deyirlər.
Amma nədən? kimdən?
Yəni seçkilərdə namizədlərə hansı hallarda səs verəcəyini, seçkilərlə bağlı düşüncələrini, iştirak edib etməyəcəyini deməkdən niyə qorxasan ki? Qarşıma bəzən də "müxalif fikirli" şəxslər də çıxırdı. Onlar keçiləcək Parlament seçkiləri haqqında danışır, çəkilişə isə icazə vermirdilər. Qısaca vaxtımızı alırdılar.
Güc-bəla ilə yaşlıların seçkilərlə bağlı fikirlərini öyrəndikdən sonra gənclərə keçdim. Onlardan ümidli idim. Oturub biraz dincəldikdən sonra təxminən 20-25 yaşlarında birinə yaxınlaşdım.
- Salam, hər vaxtınız xeyir olsun, sizdən sorğu götürə bilərik?
- Salam, əlbəttə.
- Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri barədə nə düşünürsünüz?
- Bu barədə çox da məlumatlı deyiləm. Qalsın...
Gənclərin böyük hissəsi belə idi. Onların parlament seçkilərlə bağlı nəinki, məlumatı, heç təsəvvürü belə yox idi. Məlumatlı olanlar isə danışmaq istəmirdi.
Keçirdiyim sorğudan bu qənaətə gəldim ki, millətimiz ölkənin gələcəyini müəyyən edən seçkilərə çox laqeyd yanaşır. Rahatlıqla deyə bilərəm ki, bu laqeydlik davam etdiyi müddətcə mandatı hansı deputat qazanırsa, qazansın, itirən daim biz olacağıq.
Oxşar xəbərlər
Emi Karlon: Xankəndiyə ikinci dəfə səfər edirəm, ötən müddətdə yeni inkişafın şahidi oldum
12:47 11.09.2026
Hikmət Hacıyev: Qarabağda və digər ərazilərimizdəki bütün mədəni irs Azərbaycan qanunvericiliyi ilə qorunur
12:34 11.09.2026
Xəbər lenti
Hamısına bax
Baş nazir: Rusiya Ermənistana qazı ucuz satmır
13:06 11.09.2026
Region
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya